Azərbaycan İdeyası

“Azərbaycan Rusiyadan silah almaqdan imtina etməlidir“

Tarix:17-05-2017, 11:43
Baxış Sayı:489

  “Azərbaycan Rusiyadan silah almaqdan imtina etməlidir“

Rusiya Federasiyasındakı Azərbaycanlıların ən böyük ictimai birliyinin dövlət qeydiyyatının ləğv edilməsi, Azərbaycan cəmiyyətində çox ciddi etiraza səbəb olub.
Bununla bağlı Moderator.az - a açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, baş vermiş hadisə Azərbaycanda kəskin etıraza səbəb olub. Onun sözlərinə görə, Rusiyanın veridiyi qərar birmənalı şəkildə cəmiyyətdə böyük etiraz yaradıb:
“Rusiya Federasiyasındakı Azərbaycanlıların ən böyük ictimai birliyinin dövlət qeydiyyatının ləğv edilməsi, birbaşa Azərbaycan xalqının milli maraqlarına zərbədir. Və haqlı olaraq cəmiyyətin çox kəskin etirazına səbəb olub. Milyonlarla soydaşımız Rusiyanın bu cür tutduğu qərardan sarsıldı. Məncə, Putinin yanında həm azərbaycanlı, həm erməni, həmçinin yarı erməni, yarı rus, Azərbaycana münasibətdə zəhər daşıyan kərtənkələlər olması Rusiya rəhbərliyinin bu cür qərar verməsinə şərait yaradıb. Bu qərardan cəmi bir gün keçib. Və cəmiyyətin bütün təbəqələri qərarla bağlı çox sərt münasibət bildirib. Dünən Milli Məclisin iclasında onlarla millət vəkiləri, partiya sədrləri və vətəndaş cəmiyyətinin rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən rus icmasının rəhbərliyi, sadə vətəndaşlar sosial şəbəkədə qərara öz etirazını bildiriblər. Hətta ölkənin tanınmış şəxsləri Azərbaycan dövlətini Rusiyanın verdiyi bu qərara adekvat cavab verilməsini tələb ediblər. Və haqlı olaraq bu cür təkliflə çıxış edirlər. Bir məqama diqqətinizə çatıdrım. Rəsmi olaraq Azərbaycan dövləti Rusiyadan ən çox silah alan dövlətdir. Yaxın illərdə biz Rusiyadan 5 milyard dollarlıq silah almışıq. Bizi Rusiya ilə həm də ticari əlaqlələr bağlayır. Belə olan təqdirdə, təbii ki, rəsmilər bu və ya dikər məsələlərə yenidən baxmalıdır. Rusiyadan silah almaqdan imtina etməliyik! Hər dəfə Azərbaycanda prezident seçkilərinə bir il qalmış Rusiyanın Azərbaycan hakimiyyətinə qarşı bu cür təzyiq kampaniyasına start verilir. Bu dəfə də Putin ənənəsinə sadiq qaldı. Ötən prezident seçkilərində Azərbaycana qarşı hansı təxribatlar törədilirdi. Yenə də seçkilər yaxınlaşır və yenə də həmin təxribatlar artmağa başlayıb. Amma ötən seçkilərdə olduğundan daha sərt və qətiyyətli formada Azərbaycan dövləti öz sözünü deməlidir. Azərbaycan bu məslədə təmkinlə davranmamalıdır! Həmişə olduğu kimi, bu səfər də öz qətiyyətli mövqeyi ilə çıxış etməlidir!”

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda narkotik asılılığı olan şəxslərin sayı açıqlandı
Azərbaycanda narkotik asılılığı olan şəxslərin sayı açıqlandı
Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?
Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?
İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır
İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır
Keçmiş polis işçisi lisenziyasız aptek işlədir
Keçmiş polis işçisi lisenziyasız aptek işlədir
70 yaşın işığında...
70 yaşın işığında...
Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib
Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib
Onun ürəyi xalqıyla döyünür.
Onun ürəyi xalqıyla döyünür.
Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur
Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur