Azərbaycan İdeyası

İşıqforların vaxtı dəyişdiriləcək - Yaşıl işıq çox yanır

Tarix:22-10-2015, 10:19
Baxış Sayı:447

Bəzi iri küçə və prospektlərdə işıqforun yaşıl işığı uzun müddət yanır.

"Korrupsiya və qanun" qəzetinin aldığı məlumata əsasən İşıqforların vaxt planında dəyişiklik ediləcək. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildiriblər ki, mərkəzin 24 saat işləməsinə baxmayaraq, qış mövsümünə keçidlə əlaqədar nəzarət daha da güclənəcək. Qış aylarında qarın yağması nəzərə alınaraq işıqforların vaxtında müəyyən dəyişiklik olacaq. Çünki bəzi iri küçə və prospektlərdə işıqforun yaşıl işığı uzun müddət yanır. Qarlı havada isə maşınlar yavaş hərəkət etdikləri üçün işıqfora gec çatırlar. Bu da yaşıl işığın boş yerə yanmasına səbəb olur. Elə bunları nəzərə alaraq bir sıra dəyişiklərin olacağı gözlənilir. Daha çox nəqliyyat vasitələrinin hərəkət etdiyi küçə və prospektlərdə isə işıqforların yaşıl işığının uzun müddətli yanması planlaşdırılır. Məqsəd yarana biləcək tıxacların qarşısının alınmasıdır.
Hansı küçələrdəki işıqforlarda dəyişikliklərin olacağı barədə isə yaxın vaxtlarda məlumat veriləcək. İşıqforların vaxt planının dəyişdirilməsi ilə bağlı araşdırmalar aparılır. Hazırda siyahı hazırlanır. Siyahı məlum olduqdan sonra konkret işlərə başlanılacaq. İşlərə isə noyabr ayı ərzində başlanılacaq./avtosfer

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı