Azərbaycan İdeyası

Bələdiyyə sədrinin intihar səbəbi bəlli oldu – YENİLƏNİB

Tarix:14-07-2017, 15:47
Baxış Sayı:531

  Bələdiyyə sədrinin intihar səbəbi bəlli oldu – YENİLƏNİB

Qoxmuq kənd icra nümayəndəsi İlqar Həsənov kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun intiharı barədə danışıb.
Korrupsiya və Qanun saytıının ölkə.az-a istinadən verdiyi məlumata görə, icra nümayəndəsi mərhumun borcunun olduğunu açıqlayıb: “İnsan kimi insan, yoldaş kimi yoldaş idi. Ağlımıza gəlməyən vəziyyətdir, şokdayıq. Amma axırıncı axşam atasına deyib ki, bir az borcum var. Günün yetmiş faizini bir yerdə olmuşuq. Bunun ora-bura çıxmağı da olmurdu. Ancaq borcun məbləğindən xəbərimiz yoxdur”.
Xatırladaq ki, Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyitinin kənd ərazisindəki köhnə tikilidə asılmış vəziyyətdə tapıldığı bildirilir. 1971-ci il təvəllüdlü F. Rüstəmov evli olub, iki övladı var.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

10:46

Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmov intihar edib. Onun meyiti kənd ərazisində yerləşən köhnə tikilidə asılmış vəziyyətdə tapılıb. 1971-ci il təvəllüdlü F.Rüstəmovun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Korrupsiya və Qanun saytının məlumatına görə, Şəki Şəhər İcra Hakimiyyətindən AzVision-a bildirilib ki, F.Rüstəmovun maddi və psixoloji problemi olmayıb.
“Fətəli müəllim normal insan idi. İcra başçısı ilə yaxşı əlaqələri vardı. Rayonun bütün tədbirlərində iştirak edirdi. Onun heç bir problemi yox idi. Ailəsində də problem olmayıb. İki oğlu var. Oğlanlarından biri yenicə hərbi xidmətdən qayıdıb. Fətəli müəllim oğlu üçün təmtəraqlı məclis təşkil etmişdi. İkinci oğu isə hərbi xidmətdədir. O, çox sakit və mehriban insan idi. Heç birimiz onun ölümünə inanmırıq.
Fətəli müəllim işə gec gəlib. İş yoldaşları onun meyitini kəndin yaxınlığında yerləşən qonaq evində asılmış vəziyyətdə aşkar ediblər”-deyə İcra Hakimiyyətindən bildirilib.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

09:32

Şəkidə bələdiyyə sədri özünü asıb.
Korrupsiya və Qaqnun saytının APA-ya istinadən verdiyi xəbərə görə, Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapılıb.
1971-ci il təvəllüdlü F.Rüstəmov evli olub, iki övladı var.
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət içi başlayıb, araşdırma aparılır.





OXŞAR XƏBƏRLƏR
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib