Azərbaycan İdeyası

MTN, Beynəlxalq bank və agent işi: Samir Şərifovla Kərəm Həsənova əlvida… – Şok təfərrüat

Tarix:2-08-2017, 13:09
Baxış Sayı:274

 MTN, Beynəlxalq bank və agent işi: Samir Şərifovla Kərəm Həsənova əlvida… – Şok təfərrüat


Prezident İlham Əliyevin komandasında onun daxili siyasətini tormozlayan, bürokratik əngəllər yaradan, adı hər zaman mətbuatın baş səhifələrində tirajlanan iki yüksək çinli məmurun vəzifəsindən kənarlaşdırılması gözlənilir…
Bu sərəncamların yaxın aylarda imzalanması nəzərdə tutulmasa da, ümumi siyasi strategiyada hər iki dövlət məmuru ilə vidalaşma plandadır.
Ulus.Az-a iqtidardakı mötəbər qaynaqdan sızan xəbərdə iddia olunur ki, maliyyə naziri Samir Şərifov, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədri Kərəm Həsənov ölkənin sosial-iqtisadi sahələrini baltalayıblar.
Daşınmaz əmlak xidmətində, reyestr sektorunda, sənədləşmə və qeydiyyat işlərində olan rüşvət, süründürməçilik, açıq bazar prinsipləri vətəndaşları ciddi şəkildə narazı salıb. Azərbaycanda illərdir ki, reyestr sahəsində anarxiya, özbaşınalıq, pulgirlik hökm sürür.
Bu komitənin ləğv edilərək ASAN Xidmətə verilməsi də bir neçə dəfə gündəmə gəlib. Amma hakimiyyət daxilində gedən proseslər K.Həsənovun komitəsinin ləğvini hər dəfə ertələyib.
Eyni zamanda Maliyyə Nazirliyinin rəhbərliyində dəyişiklik, Samir Şərifovun postundan uzaqlaşdırılması, manatın qatili olmasından tutmuş üç ölkənin agenti kimi deşifrə edilməsi onun nazir vəzifəsindən çıxarılmasını çoxdan yetişdirmişdi.
Sadəcə, təhlükə sovuşdu və bu məsələdə media emissarları da ona yardım əlini uzatdı. Lakin gedişat və ölkədə sosial problemlərin həlli istiqamətində götürülmüş yeni kurs hakimiyyəti əmlak komitəsi və maliyyə sahəsi ilə bağlı dəyişikliklər etməyə çağırır.
Samir Şərifovla Kərəm Həsənov ötən il ən çox mətbuatda adı hallanan məmurlar olub.
Onlar MTN işi, Beynəlxalq Bank qalmaqalı və müxtəlif cəncəl hadisələrin içində olublar. K.Həsənov MTN çetesi ilə əlaqələrdə ittiham olunurdu.
Reyestr Xidmətinin rəhbərinin həbsi də bir çox mətləblərdən xəbər verirdi. Komitə sədrinin qardaşı Malik Həsənovun da Eldar Mahmudovla yaxınlığı haqda iddialar səslənirdi.
Samir Şərifova gəlincə, Cahangir Hacıyevin həbsi və onun açıqlamaları maliyyə nazirini çox çətin vəziyyətə saldı. Nazir manatın devalvasiyasında da ittiham edilirdi. Həmçinin, üç ölkəyə agentlik etməsi heç də adi ittiham deyildi.
Hakimiyyət hər iki məmurla yolları ayırmağı düşünür. Mənbə bildirir ki, bu sərəncamlar mərhələli şəkildə olacaq. Samir Şərifovu bir qədər geri çəkilməyə məcbur edib.
İddialara görə, qara bazara dollar ötürülməsi əməliyyatlarında Elmar Məmmədovu adının hallandırılması artıq Samir Şərifova etimadı sarsıdıb.


OXŞAR XƏBƏRLƏR
Azərbaycanda yeni nazir təyin edildi
Azərbaycanda yeni nazir təyin edildi
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Ombudsman PARLAMENTDƏ
Ombudsman PARLAMENTDƏ
Parlamentin növbəti iclası BAŞLADI
Parlamentin növbəti iclası BAŞLADI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
Xameneinin yerinə o təyin olundu - FOTO
Xameneinin yerinə o təyin olundu - FOTO