Azərbaycan İdeyası

Ni­kah­dan­kə­nar do­ğul­muş 30 min uşaq nə de­mək­dir...

Tarix:4-08-2017, 14:41
Baxış Sayı:606

Ni­kah­dan­kə­nar do­ğul­muş 30 min uşaq nə de­mək­dir...

"30 mi­nə ya­xın uşa­ğın ni­kah­dan­kə­nar dün­ya­ya gəl­mə­si və­ziy­yə­tin pi­sə doğ­ru də­yiş­mə­sin­dən xə­bər ve­rir"

Fa­ti­mə Ha­cı­bəy­li: "Be­lə hal­la­rın sə­bəb­lə­rin­dən bi­rin­ci­si odur ki, gənc­lər ara­sın­da rəs­mi ni­kah qu­ran­la­rın sa­yı aza­lıb"

On­la­rı el ara­sın­da müx­tə­lif ad­lar­la ad­lan­dı­rır­lar. "Qa­nun­suz uşaq­lar" de­yən də var, lap irə­li ge­dib "bic" dam­ğa­sı vu­ran­lar da olur. An­caq o uşaq­lar ni­kah­dan­kə­nar dün­ya­ya gə­lən kör­pə­lər sa­yı­lır. Çün­ki qa­nun bu uşaq­la­rı be­lə qə­bul edir. Açıq­la­nan sta­tis­tik rə­qəm­lə­rə əsa­sən, ni­kah­dan­kə­nar do­ğu­lan uşaq­la­rın sa­yı ar­tıb.
Mə­lu­mat­da bil­di­ri­lir ki, ötən il 6 146 bo­şan­ma ha­lı öv­la­dı ol­ma­yan­la­rın pa­yı­na dü­şüb. Ötən il bo­şa­nan­lar­dan 3 399-nun bir, 3 569-nun isə iki və da­ha çox öv­la­dı olub. Bo­şan­ma nə­ti­cə­sin­də va­li­deyn­lə­rin­dən bi­ri ilə qa­lan uşaq­la­rın sa­yı 11 295 olub. Hər 100 bo­şan­ma­ya dü­şən uşaq­la­rın sa­yı 162 olub. Ötən il ümu­mi­lik­də 13 114 bo­şan­ma qey­də alı­nıb. Ötən il dün­ya­ya gə­lən 26 288 uşaq rəs­mi qey­də alın­ma­yan ni­kah­da olan qa­dın­lar tə­rə­fin­dən do­ğu­lub.
Ötən il 30 mi­nə ya­xın uşa­ğın ni­kah­dan­kə­nar dün­ya­ya gəl­mə­si tək eks­pert­lə­ri de­yil, ey­ni za­man­da öl­kə ic­ti­ma­iy­yə­ti­ni də na­ra­hat edir.
Eks­pert­lər bil­di­rir ki, ni­kah­dan­kə­nar uşaq­la­rın sa­yı­nın art­ma­sı­nın müx­tə­lif sə­bəb­lə­ri var. Er­kən ni­kah, ev­li­li­yin rəs­mi qey­də alın­ma­ma­sı, azad seks ya­şa­maq is­tə­yi və di­gər amil­lər bu­ra aid­dir.
Ni­kah­dan­kə­nar do­ğu­lan uşaq­la­rın sa­yı­nın art­ma­sı ba­rə­də fi­kir bil­di­rən "Və­fa" So­si­al İc­ti­mai Bir­li­yi­nin rəh­bə­ri Fa­ti­mə Ha­cı­bəy­li "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, 30 mi­nə ya­xın uşa­ğın kə­bin­dən­kə­nar dün­ya­ya gəl­mə­si və­ziy­yə­tin pi­sə doğ­ru də­yiş­mə­sin­dən xə­bər ve­rir: "Ni­kah­dan­kə­nar uşaq­la­rın sa­yı­nın ço­xal­ma­sı­nın bir ne­çə sə­bə­bi var. Be­lə hal­la­rın sə­bəb­lə­rin­dən bi­rin­ci­si odur ki, gənc­lər ara­sın­da rəs­mi ni­kah qu­ran­la­rın sa­yı aza­lıb. Bu­na on­la­rın müx­tə­lif sə­bəb­lə­ri olur. İkin­ci bir mə­sə­lə odur ki, din­dar ai­lə­lər­də bir ki­şi ilə iki və ya da­ha çox qa­dın ai­lə qu­rur və bu­ra­da da, tə­bii ki, ki­şi xa­nım­lar­dan yal­nız bi­ri ilə rəs­mi ni­ka­ha gi­rir. Di­gər qa­dın­dan olan uşaq­lar sta­tis­ti­ka­ya qey­ri-rəs­mi ni­kah­dan do­ğu­lan uşaq­lar ki­mi dü­şür­lər. Üçün­cü bir mə­sə­lə qa­dın­la­rın tək ya­şa­yıb kar­ye­ra qur­maq ar­zu­su ilə bağ­lı­dır. Çün­ki on­lar dü­şü­nür­lər ki, hə­yat yol­da­şı on­la­ra ma­ne ola bi­lər və bu­nun üçün də qey­ri-rəs­mi ni­kah­dan öv­lad dün­ya­ya gə­ti­rir­lər".
Həm­söh­bə­ti­miz onu da əla­və et­di ki, Av­ro­pa öl­kə­lə­rin­də və­tən­daş ni­ka­hı, Azər­bay­can­da di­ni ni­kah ni­kah­dan­kə­nar uşaq sa­yı­nın art­ma­sı­na sə­bəb olan amil­lər­dən bi­ri­dir: "Bə­zən cə­miy­yət ara­sın­da be­lə bir fi­kir for­ma­la­şır ki, qa­dın­la­rın sər­bəst ya­şa­maq is­tə­yi, on­la­rın azad sek­sə üs­tün­lük ver­mə­si və­ziy­yə­tin bu həd­də çat­ma­sı­na sə­bəb olur. Onu da unut­maq la­zım de­yil ki, Av­ro­pa­da və­tən­daş ni­ka­hın­da ya­şa­yan cüt­lük uşaq dün­ya­ya gə­tir­mək qə­ra­rı­na gəl­dik­də mü­na­si­bət­lə­ri­ni rəs­mi­ləş­di­rir. Yə­ni dün­ya­ya gə­lə­cək uşa­ğın mə­na­fe­yi nə­zə­rə alı­nır. Azər­bay­can­da isə bu­nun ək­si­nə­dir. Azər­bay­can­da azad sek­su­al hə­yat ya­şa­yıb, üs­tə­lik bun­dan dün­ya­ya uşaq gə­ti­rən qa­dın­la­rın sa­yı heç də id­dia olun­du­ğu qə­dər çox de­yil. "Qa­nun­suz" ad­lan­dı­rı­lan uşaq­lar, əs­lin­də, rəs­mi ni­kah­da ol­ma­yan qa­dın­la­rın dün­ya­ya gə­tir­di­yi uşaq­lar­dır. Tə­səv­vür edin ki, bun­la­rın ara­sın­da hət­ta özü də ata-ana olan var, am­ma hə­lə də ni­kah­dan­kə­nar uşaq he­sab olu­nur­lar. Çün­ki ata-ana il­lər­lə bə­ra­bər ya­şa­yıb, cə­miy­yət on­la­rı ai­lə ki­mi qə­bul edir, am­ma uşaq­lar ni­kah­dan­kə­nar do­ğu­lub­lar. Ni­kah­dan­kə­nar do­ğul­maq o de­mək de­yil ki, qa­dın ki­min­lə­sə əla­qə­də ol­du və uşaq dün­ya­ya gə­tir­di. Tə­bii ki, be­lə hal­lar da var. Am­ma bu hal­lar Azər­bay­can­da çox de­yil".

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
3 gün ardıcıl iş olmayacaq.
3 gün ardıcıl iş olmayacaq.
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı