Azərbaycan İdeyası

Borc pulla qurban kəsmək olarmı? - İlahiyyatçının cavabı və vacib şərtlər

Tarix:25-08-2017, 11:42
Baxış Sayı:1 304



Bayram yaxınlaşdıqca qurbanlıq heyvanların alınması ilə bağlı bir sıra məsələlər meydana çıxır.

Qurbanlıq heyvan hansı pulla alınmalıdır və əməl olunması vacib olan qaydalar hansılardır?
Korrupsiya və Qanun saytı milli.az-a istinadən bildirir ki, ilahiyyatçı Mirhəmid Məmmədov deyir ki, qurbanlıq alınarkən ən vacib şərt ona verilən pulun halal qazanc olmasıdır. Borca pul götürüb, qurbanlıq heyvan almağın da öz şərtləri var.
Bəzi insanlar isə qurbanlıq heyvan almaq ucun hansısa məqsədlə banklardan götürdükləri kredit pulundan müəyyən məbləğ ayırır və yaxud da bu məqsədlə kredit kartlarından pul çəkirlər.
Mirhəmid Məmmədov deyir ki, əgər bu kreditlər faizlidirsə, yəni bir şəxs gələcəkdə götürdüyü puldan artığını ödəməli olacaqsa, bu, haram sayılır və belə pulla qurbanlıq heyvan almaq olmaz. Həmçinin tək heyvan almağa imkanı olmayanlar 7 nəfərlə pulu bir yerə qoyaraq qurbanlıq heyvan ala bilərlər. Bu halda alınan heyvan mütləq iribuynuzlu olmalıdır.
İstənilən halda əgər imkan varsa, bayramda qurban kəsilməsi və ətin kasıblara təmənnasız paylanılması yaxşı haldır. Lakin bunu hər bir müsəlman İslam dininin buyurduğu şərtlərə uyğun yerinə yetirməlidir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı