Azərbaycan İdeyası

Nazirlik qanunsuz ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət etdi

Tarix:7-09-2017, 11:56
Baxış Sayı:433

 Nazirlik qanunsuz ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Nizami rayonu, Nəsimi küçəsində yerləşən “Səma” mebel mağazasının qarşısındakı ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
ETSN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, “Səma” mebel mağazasının qarşısındakı yaşıllıq sahəsinə keçirilən baxış zamanı yaşköküstə müxtəlif diametrli 4 sərv və 1 Eldar şamı ağacının kəsildiyi məlum olub.
Aparılan araşdırma zamanı həmin ağacların Sabunçu rayonu Qaraçuxur qəsəbə sakini Elnur Ələkbərov tərəfindən kəsildiyi müəyyənləşdirilib. Faktla bağlı akt tərtib edilib və təbiətə 2520 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Nizami rayon Prokurorluğuna göndərilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı