Azərbaycan İdeyası

Diqqet: Bu yerlerde saxta derslikler satilir – Foto

Tarix:3-10-2017, 14:06
Baxış Sayı:317

  Diqqet: Bu yerlerde saxta derslikler satilir – Foto

Bakıda fəaliyyət göstərən kitab satışı məntəqlərində məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulan dərsliklərin saxta variantları satışa çıxarılıb.
Bu barədə Report-a valideynlərdən biri məlumat verib.
Belə ki, "28 may" metrosunun çıxışı ilə üzbəüz olan “Student” kitab evindən alınan 2017-2018-ci tədris ili üçün “Çaşıoğlu” mətbəəsində nəşr edilən, lakin sonradan surəti çıxarılan Məktəbəhazırlıq qrupları üçün təlim vəsaitində şəkillər və yazılar keyfiyyətsiz olub. Ekspertlər bu cür kitabların uşaqların səhhətinə zərər vurduğunu deyirlər.
Dərsliklərin orijinalı və saxtasının qiyməti eynidir: 16,80 manat.
Məktəbəhazırlığın standartların və kurikulumun əsasında hazırlanan dərs vəsaitinin hazırlanmasına Təhsil Nazirliyinin xüsusi əmri ilə icazə verilib. "Məktəbə hazırlaşırıq" adlı vəsaitdə 5 kitab yer alıb.
Kitabın giriş hissəsində o da qeyd olunub ki, xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir. Dərs vəsaitlərinin ümumilikdə qiyməti 16 manat 80 qəpikdir.
Saxta dərslikıər Bakıxanov stansiyasının yaxınlağındakı “Zəka” kitab evində və digər bir sıra kitab mağazalarında da satılır.
Təhsil eksperti Kamran Əsədov açıqlamasında deyib ki, bu gün Azərbaycanda kitab və məktəb ləvazimatları arasında kifayət qədər böyük sayda pirat, standartlara cavab verməyən məhsullar var: “Bir çox hallarda ayrı ayrı şəxslər, mətbəələr yeni nəşr olunan, daha çox ehtiyac və tələbat olunan vəsaitləri qeyri-qanuni əsaslarla çap edib satışa çıxarırlar. Bu məsələ nə qədər hüquqi aspektdə həll olunmalı olsa da, hesab edirəm ki, bizneslə məşğul olan şəxslərin milli hisləri, vətəndaş mövqeyi olmalıdır. Çünki standartlara cavab verməyən vəsaitlərdən istifadə etmək istifadəçilərin sağlamlığına ciddi şəkildə zərər vura bilər. Onlarda görmə qabiliyyətinin itirilməsi halları baş verə bilər”.
“Bu kimi halların aradan qaldırılması üçün tədbirlər görülür, amma yetərli deyil”- deyən K.Əsədov qeyd edib ki, bəzi hallarda daha çox tələbatın olduğu vəsaitləri pirat, saxta formada elə nəşriyyatların özləri gəlir əldə etmək üçün edirlər: “Onlar əvvəlcə həmin vəsaitləri məktəblər və ictimaiyyət üçün az sayda yüksək səviyyədə çap edirlər, sonra isə tələbatın artmasını nəzərə alaraq, aşağı keyfiyyətli məhsulu çap edib satışa çıxarırlar”.

OXŞAR XƏBƏRLƏR
Köç karvanı Badaraya çatdı - YENİLƏNİB
Köç karvanı Badaraya çatdı - YENİLƏNİB
Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcək
Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcək
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
Saatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında
Saatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında
Saatlı rayonunda 2024-cü il ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi haqqında
Saatlı rayonunda 2024-cü il ərzində pərakəndə ticarət dövriyyəsinin             həcmi haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən məişət xidmətlərinin dəyəri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən məişət xidmətlərinin dəyəri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri  haqqında
Saatlı rayonunda 2024-cü il ərzində iaşənin bəzi göstəriciləri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində iaşənin bəzi göstəriciləri  haqqında