Azərbaycan İdeyası

Döyüşçü babasının güləşçi nəvəsi

Tarix:5-04-2018, 12:02
Baxış Sayı:316

*
Haqqında söz açdığımız azyaşlı idmançı Anar Həsənalıyevin gələcəyinə təkcə ailəsi, oxuduğu məktəbin müəllim kollektivi, şagird yoldaşları deyil, sakini olduğu Cəlilabad rayonunun idman ictimaiyyəti böyük ümid bəsləyir, perspektiv gözləyirlər. Anarın güləş döşəyi üzərində qazandığı qələbələrə bəlkə də ən çox sevinən onun babası, Qarabağ müharibəsi veteranı Rafəddin Həsənalıyevdir. Rafəddin babasının müdrik məsləhətləri, keçdiyi döyüş yolu barədə söhbətləri balaca Anarın həm iradəsinin cilalanmasında, həm də əlbəttə ki, vətənpərvərlik tərbiyəsində də əhəmiyyətli rol oynayır.
Anar keçən il may ayında Astara rayon Gənclər və İdman İdarəsinin keçirdiyi, 28 May - Respublika Gününə həsr olunmuş sərbəst güləş üzrə rayonlararası turnirdə 29 kq çəki dərəcəsində II yerin qalibi olduğuna görə Gİİ-nin diplomuna layiq görülmüşdür. Anar 23.09.2017-ci il tarixdə Azərbaycan Güləş Federasiyasının diplomu ilə də təltif olunmuşdur. Diplom ona Neftçala rayon Gənclər və İdman İdarəsinin Neftçala rayon Uşaq-Gənclər İdman Mərkəzinin məktəbli qrupları arasında sərbəst güləş növü üzrə keçirdiyi açıq birincilikdə 29 kq çəki dərəcəsində II yeri tutduğuna görə təqdim olunmuşdur.
İkincilik qazanması ilə kifayətlənməyən Anar öz üzərində yorulmadan çalışmış, birincilik qzanmağı qarşısına məqsəd qoymuşdur. Ötən il daha bir diplomu İsgəndərov Vaqif Nazim oğlunun xatirəsinə həsr olunmuş sərbəst güləş idman növü üzrə Cəlilabad rayon UGİM-nin açıq birinciliyində eyni çəki dərəcəsində I (birinci) yeri qazanaraq almışdır. İnanırıq ki, Anar uğurlarının sırasını daim artıracaq, gələcəkdə ölkəmizin idman şərəfini ucaldacaq, nüfuzlu beynəlxalq yarışların keçirildiyi möhtəşəm arenalarda ölkəmizin himnini səsləndirəcək, üçrəngli bayrağımızı dalğalandıracaqdır.

X.Əhlimanqızı

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı