Azərbaycan İdeyası

Həbsdə olan general oğlu: "Sürücü məni söymüşdü"

Tarix:5-04-2018, 15:27
Baxış Sayı:346

  Həbsdə olan general oğlu: "Sürücü məni söymüşdü"


Avtobus sürücüsünü döyən general oğlu yenidən məhkəmə önünə çıxarılıb.Bakıda xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov aldığı cəzadan narazı qalıb. Binəqədi rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhtum edilən general oğlu apellyasiya şikayəti verib.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılır. Məhləmədə zərərçəkmiş, avtobus sürücüsü Sənan Səmədovun məhkəməyə gəlmədiyi elan olunub. Daha sonra ötən məhkəmə iclasında R.Orucovun vəkili Kamandar Nəsibovun qaldırdığı vəsatətlə bağlı qərar elan olunub.
Qərara əsasən məhkəmə qismən istintaqla aparılacaq. Prosesdə təqsirləndirilən R.Orucov sərbəst ifadə verib. General oğlu hadisədən əvvəl sürücünün onu söydüyünü deyib.
Bildirək ki, hadisə zamanı Pərviz və Kənan adlı şəxslər də general oğlunun yanında olub. Onlar Orucovun dostlarıdır və hadisə zamanı onun avtomobilində olublar. Hər ikisi barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Məhkəmənin hökmü ilə onlar məhkəmə zalından həbs ediliblər.
Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına səbəb olub.
O, insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Məlumata görə R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.
Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu hadisədən sonra R.Orucovun atası general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.(Musavat.com )

OXŞAR XƏBƏRLƏR
Daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 39 nəfər...
Daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 39 nəfər...
Bu gecə sonuncu Qədr gecəsidir
Bu gecə sonuncu Qədr gecəsidir
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA - VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA - VİDEO
Bu fotodakı şəxslərin hamısı ölüdür - Tarixə düşən kadr
Bu fotodakı şəxslərin hamısı ölüdür - Tarixə düşən kadr
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Türkiyə və İran razılaşdı
Türkiyə və İran razılaşdı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ