Azərbaycan İdeyası

Valideynləri və şagirdləri narahat edən məsələyə aydınlıq gətirildi – RƏSMİ

Tarix:5-04-2018, 15:52
Baxış Sayı:336

  Valideynləri və şagirdləri narahat edən məsələyə aydınlıq gətirildi – RƏSMİ


Qəbul imtahanlarına qeydiyyat prosesi ilə bağlı bəzi valideynlər və abituriyentlər arasında çaşqınlıq yaranıb. Onlar mayda keçiriləcək ilk qəbul imtahanına qeydiyyat zamanı iyulda keçiriləcək ikinci imtahan üçün də elektron qeydiyyat tələb olunduğunu və buna görə xüsusi rüsum ödəməli olduqlarını iddia edirlər.
Dövlət İmtahan Mərkəzindən AzEDU.az-a verilən məlumata görə, yayılan informasiyalar tamamilə yanlışdır:
“Ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı 17 may - 14 iyun tarixlərində aparılacaq.
Yəni, sizdən may ayında keçirilən imtahana qeydiyyat zamanı ikinci imtahanda iştirak edib-edilməyəcəyiniz soruşulmur. İkinci imtahanda iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı, məhz, 17 may-14 iyun tarixlərində aparılacaq”.
Qeyd edək ki, ikinci qəbul imtahanları I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək. V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı