Azərbaycan İdeyası

"Heç kim deyə bilməz ki, heyvanını bu qiymətə satmalısan”

Tarix:21-08-2018, 16:46
Baxış Sayı:233


  "Heç kim deyə bilməz ki, heyvanını bu qiymətə satmalısan”
“Bələdiyyələr, istehlak mallarının tədarükü ilə məşğul olan dövlət müəssisələri fermerdən heyvanı yuxarı qiymətə alıb əhaliyə aşağı qiymətə sata bilər, lakin biz bunu görmürük”
Avqustun 22-i və 23-də Azərbaycanda müqəddəs Qurban bayramı qeyd olunacaq. Bununla bağlı paytaxt Bakıda və bölgələrimizdə yarmarkalar təşkil olunub. Bütün bunlara baxmayaraq hər il insanlarımız süni qiymət artımı ilə rastlaşmalarından şikayət edirlər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az -a açıqlamasında bildirdi ki, qiymət artımı bazarda rəqabətlə bağlıdır və buna görə vətəndaşa hansısa bir qurumun müdaxilə etməsi düzgün deyil:
“Bu gün bir adam yaxınlaşaraq şikayət edərək bildirdi ki, keçmiş “Qarabağ” yataqxanasının yerində qurbanlıq üçün gətirilən qoyunlar çox baha qiymətə satılır. Mən də izah etdim ki, bu bazarda tələblə bağlıdır və buna görə də dövlət orqanlarının fermerə müdaxilə etmək hüquqları yoxdur. Heç bir dövlət orqanı deyə bilməz ki, şəxsi heyvanını bu qiymətə satmalısan. Təbii ki, qiymət artımı ola bilər. Bələdiyyələr, istehlak mallarının tədarükü ilə məşğul olan dövlət müəssisələri fermerdən heyvanı yuxarı qiymətə alıb əhaliyə aşağı qiymətə sata bilər, lakin biz bunu görmürük. Təşkil olunan yarmarkalarda dövlət qurumları fermerə yalnız xəstə heyvanların bazara çıxarılmasına görə müdaxilə edə bilər”.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı