Azərbaycan İdeyası

Din xadimləri vergidən azad olundu

Tarix:4-09-2018, 13:40
Baxış Sayı:275

Din xadimləri vergidən azad olundu

"Sentyabrın 1-dən din xadimlərinə dövlət tərəfindən verilən maddi yardımlara görə sosial və vergi tutmalarının tətbiqi dayandırılıb".
Korrupsiya-q.az az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Məhərrəm ayının başlaması münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda Prezidentin Ehtiyat Fondu hesabına 1060-dan çox din xadimi müxtəlif formada maddi yardımlar alır:
"Bu yardımlara müəyyən sosial və vergi tutmaları tətbiq edilir. Ölkə başçısı bunu bildikdə onların dayandırılması haqqında tapşırıq verdi. Sentyabrın 1-dən din xadimlərimiz maddi yardımı vergisiz, yəni yazıldığı qədər alacaqlar".
M.Qurbanlı qeyd edib ki, dövlət məscidlərdə işləyən imam və qazilərin həyat şəraitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər keçirməyi də nəzərdə tutur:
"Yəqin ki, yaxın aylarda bunu görəcəyik. Bütün bunlar ona görə edilir ki, dövlət və din arasında daha möhkəm körpü olsun".
M.Qurbanlı onu da əlavə edib ki, ən mühüm vəzifə milli mənəvi dəyərlərimizi hifz etmək, onları yad təsirlərdən qorumaqdır: "Məscidlər dövlətimizin dayağıdır və insanlara daha yüksək vətənpərvərlik ruhunun qaldırılmasına çalışmalıdır".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı