Azərbaycan İdeyası

Bakıda istismar edilən 12 yaşlı uşaq saxlanıldı - Açıqlama

Tarix:6-09-2018, 12:54
Baxış Sayı:250

   Bakıda istismar edilən 12 yaşlı uşaq saxlanıldı - Açıqlama
Bakıda atalığı tərəfindən istismara məruz qalan 12 yaşlı uşaq saxlanılıb.

Bu barədə AzNews.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. Onun sözlərinə görə, uşaq Gənclik metrosunun yaxınlığında "McDonalds”ın qarşısında saxlanılıb:
“Sosial şəbəkələrdə gecə saatlarında Gənclikdə salfetka satan bir uşaqla bağlı məlumatlar yayılırdı. Uşağın həm dilənçilik etməsi, həm də salfetka sataraq kiçik ticarətlə məşğul olduğu deyilirdi. Uzun araşdırmalardan sonra dünən gecə uşaq çevik polis alayının əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov rayonunda 18-ci polis bölməsinə aparılıb. Dindirilmə zamanı üstündən 65 manat pul aşkarlanıb. Uşaq söhbət əsnasında arxasında adam olduğunu dedi. Müəyyən olundu ki, onun arxasında dayanan bacısının qeyri-rəsmi nikahda yaşayan əridir”.
Sədr hazırda uşağın sığınacağa yerləşdirildiyini deyib: “Uşağı bu işə məcbur edənlərin məsuliyyətə cəlb olunması istiqamətində iş gedir”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı