Azərbaycan İdeyası

Sentyabrın 17-də məktəblərdə “Bilik günü” qeyd edilməyəcək?

Tarix:11-09-2018, 15:05
Baxış Sayı:286

 Sentyabrın 17-də məktəblərdə “Bilik günü” qeyd edilməyəcək?

Təhsil Nazirliyi bu il 5 günlük tədris həftəsi tətbiq olunan məktəblərin birinci sinfinə gedəcək şagirdləri üçün “Bilik Günü”nün sentyabrın 15-də və ya 17-də keçiriləcəyi ilə bağlı valideynlər arasında yaranan anlaşılmazlıqlara aydınlıq gətirib.
Korrupsiya-q.az Trend-ə istinadla xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, sentyabrın 17-də məktəblərdə “Bilik Günü” qeyd edilməməlidir.
Onun sözlərinə görə, təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, bütün orta məktəblərdə “Bilik Günü” ictimaiyyət nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri cəlb olunmaqla sentyabrın 15-də keçirilməlidir.
C.Valehov əlavə edib ki, 15 sentyabr tarixi şənbə gününə təsadüf etdiyindən 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərin şagirdləri, xüsusilə də birinci sinif şagirdləri həmin gündə məktəbə gələrək müəllimləri ilə görüşə, sinif otaqları, dərs cədvəli ilə tanış ola bilərlər.
C.Valehov həmin məktəb və siniflərdə ilk dərs gününün sentyabrın 17-də olacağını da açıqlayıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı