Azərbaycan İdeyası

Şamaxı Rəsədxanasından geomaqnit qasırğası ilə bağlı açıqlama

Tarix:12-09-2018, 15:59
Baxış Sayı:458

 Şamaxı Rəsədxanasından geomaqnit qasırğası ilə bağlı açıqlama

Yer kürəsində başlayan geomaqnit qasırğası G1 səviyyəsindədir, Kp indeksi 6 olub.
Bunu Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov bildirib.
Onun sözlərinə görə, geomaqnit qasırğasının indeksi maksimum 9 olur:
"Bu da orta həyacanlaşma sayılır. İnsanlar, əsasən, qasırğanın gücü G4 səviyyəsində olanda bunun səhhətlərinə mənfi təsirini hiss edirlər. Hazırda Günəşin üzərində alışmalar və ləkələr, demək olar ki, yoxdur. Həyacanlaşmalar var. Amma bizim onu hiss etmirik.
Ötən gün geomaqnit qasırğası orta səviyyədə olub. Xəstə insanlarln halsızlıq, baş ağrıları, təzyiq hiss etmələri mümkündür. Oktyarın 9-na kimi sakitlik müşahidə olunacaq".
Namiq Cəlilov bildirib ki, günəş yanıb bitdikdən sonra bəşəriyyət məhv olacaq:
"Yer Günəş sisteminə daxil olan planetlərdən biridir. Hər şey Günəşdən gələn enerjiyə bağlıdır. Günəş və sisteminin yaşı hazırda dörd milyard ilə yaxındır.
Təqribən yarısı yaşanıb. Günəş yanır. Proses bitdikdə bütün planetlər Günəşin üzərinə töküləcək. Bu zaman həyat, o cümlədən bütün planetlər yoxa çıxacaq. Buna milyard illər lazımdır. Çünki çox zəif prosesdir".
Qeyd edək ki, Günəşdə baş verən partlayışın Yerə təsiri sonuncu dəfə 2003-cü ildə hiss olunub. Həmin il X23 alışması aktivliyin maksimum fazasında baş verib.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI