Azərbaycan İdeyası

Millət vəkili Gəncədəki son vəziyyətdən danışdı

Tarix:20-11-2018, 14:42
Baxış Sayı:279

 Millət vəkili Gəncədəki son vəziyyətdən danışdı

Sakinlər yeni binada mənzillərlə təmin olunacaq.
Bu gün Gəncə şəhərinin Kəpəz rayonunda partlayış baş verən dördmərtəbəli yaşayış binasının yerində yeni bina tikiləcək, sakinlər yeni binada mənzillərlə təmin olunacaq.
Bunu BakuPost-a aıqlamasında Gəncəni təmsil edən millət vəkili Naqif Həmzəyev deyib.
N. Həmzəyev bildirib ki, dövlət tərəfindən lazımi tədbirlər həyata keçirilir: "Sakinlərin müvəqqəti təmirli yataqxanaya köçürülməsi məsələsi həllini tapıb. Böyük ehtimalla, tezliklə bu binanın yerində yeni bina tikiləcək və sakinlər yeni mənzillərlə təmin olunacaq. Dövlət bu məsələni tam nəzarətə götürüb. Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri də buradadır. Bütün gəncəlilər bu insanların dərdinə şərikdir. Kaş bu hadisə olmayaydı, ancaq hadisədir və dövlət də, biz də problemlərin aradan qaldırılması üçün əlimizdən gələni edirik. Həyatını itirən şəxslərin də yas mərasiminin təşkili həyata keçiriləcək. Dövlət üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək”.
Qeyd edək ki, bu gün Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olub, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilib.
İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.(bakupost.az)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı