Azərbaycan İdeyası

Bakı aeroportunda taksi xidməti tələblərə cavab vermir - FOTO

Tarix:23-11-2018, 15:37
Baxış Sayı:417

Bakı aeroportunda taksi xidməti tələblərə cavab vermir - FOTO



Azərbaycan ərazisinə Heydər Əliyev Beynəlxalq Aeroportundan daxil olan yerli və xarici vətəndaşlar hava limanında taksi xidməti ilə bağlı vəziyyətdən narazıdır.
Korrupsiya-q.az -ın “Report”a istinadən məlumatına görə, buna səbəb taksi sürücülərinin təyyarədən yenicə düşmüş sərnişinlərin üstünü hücum çəkməsi, onları az qala zorla maşınlarına mindirərək harasa aparmaq istəməsidir.
Üstəlik sürücülər potensial müştəriləri bacardıqca aldatmağa, onlara bazar qiymətindən azı 2 dəfə baha xidmət göstərməyə çalışırlar. Məsələn, aeroportdan şəhərin mərkəzinə getməyin haqqı maksimum 8-10 manat olduğu halda, insanlardan 15-20 manat tələb edilir. Halbuki, həmin yolu “Baku Bus” MMC-nin ekspress avtobusları ilə 1 manata belə getmək mümkündür. Amma taksi sahibləri vətəndaşlara heç avtobus dayanacağına getməyə imkan belə vermək istəmir.
Məsələ ilə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev da etiraf edib ki, aeroportda taksi xidmətinin keyfiyyəti qənaətbəxş deyil.
“Hava limanındakı vəziyyət BNA-nı qane etmir. Orada müəyyən taksi şirkətləri xidmət göstərsə də, həmin xidmət tələblərə tam cavab vermir. Hava limanı da ölkənin giriş qapısıdır və təyyarə ilə Azərbaycana gələnlərin ilk təəssüratı oradakı taksi xidmətinin hesabına formalaşır. Bu səbəbdən də orda xidmətin keyfiyyəti artırılmalıdır. BNA ekspress xətt avtobusları ilə hava limanından metronun “28 may” stansiyasına qədər sərnişindaşımanı təşkil edib. Bununla yanaşı, beynəlxalq təcrübəyə uyğun olaraq aeroportda taksi xidmətinin təşkili ilə bağlı konsepsiya hazırlanıb. Bunun icrası nəticəsində hava limanında həm vətəndaşlarımıza, həm də xarici ölkə vətəndaşlarına keyfiyyətli taksi xidmətinin göstərilməsinə nail olacağıq”, - deyə, M.Ağayev qeyd edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun direktor müavini Kənan Hacıyev isə bildirib ki, hazırda 2 taksi şirkəti hava limanında xidmət göstərmək hüququna malikdir.
“Həmin şirkətlərə məxsus avtomobillərin aeroportun qarşısındakı zolaqlarda dayanmasına icazə verilib. Bundan başqa, hava limanının terminalları daxilində taksi dayanacaqları yaradılıb. Terminalların çıxışında isə taksilərlə bağlı məlumat lövhələri yerləşdirilib. Həmin lövhələrdə taksi şirkətləri haqqında məlumatlar var. Əsas məqsəd sərnişinlə taksi sürücüsü arasındakı dialoqu tamamilə aradan qaldırmaqdır”, - deyə o, bildirib.

Bakı aeroportunda taksi xidməti tələblərə cavab vermir - FOTO
Bakı aeroportunda taksi xidməti tələblərə cavab vermir - FOTO
Bakı aeroportunda taksi xidməti tələblərə cavab vermir - FOTO

OXŞAR XƏBƏRLƏR
Qəzet Ədliyyə Nazirliyinin apardığı araşdırmanın nəticəsi əsasında təsdiqlənən faktları ictimailəşdirdiyinə görə məhkəməyə verildi.
Qəzet Ədliyyə Nazirliyinin apardığı araşdırmanın nəticəsi əsasında təsdiqlənən faktları ictimailəşdirdiyinə görə məhkəməyə verildi.
ABŞ, Rusiya və Ukrayna prezidentlərinin birgə görüşü planlaşdırılır
ABŞ, Rusiya və Ukrayna prezidentlərinin birgə görüşü planlaşdırılır
Paşinyan Aİİ-nin Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək
Paşinyan Aİİ-nin Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək
12 günlük müharibədən sonra İLK DƏFƏ - İran ballistik raketlər ATDI
12 günlük müharibədən sonra İLK DƏFƏ - İran ballistik raketlər ATDI
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıb - YENİLƏNİB, TAM MƏTN+FOTO
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıb - YENİLƏNİB, TAM MƏTN+FOTO
Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür
Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür
Arif Babayev dəfn edildi - Fotolar - Yenilənib
Arif Babayev dəfn edildi - Fotolar - Yenilənib
Elşad Abdullayevin Respublikaya gətirilməsi MÜTLƏQ BAŞ TUTACAQ
Elşad Abdullayevin Respublikaya gətirilməsi MÜTLƏQ BAŞ TUTACAQ