Azərbaycan İdeyası

Hafiz Hacıyevdən Tahir Kərimliyə məsləhət: "Qeyrətləri varsa, bunu desinlər...”

Tarix:14-01-2019, 14:37
Baxış Sayı:489

 Hafiz Hacıyevdən Tahir Kərimliyə məsləhət: "Qeyrətləri varsa, bunu desinlər...”


"Siz deputatlar 2 min manatla dolana bilmirsinizsə, müəllimlər, həkimlər 250-300 manatla necə dolansınlar?!
“Tahir Kərimli mövzu tapmır, gündəmə gəlməkdən ötrü çabalayır”
Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deputat Tahir Kərimlinin ayların adının dəyişdirilməsinə münasibət bildirərkən deyib. H.Hacıyev T.Kərimlinin baş qatdığını bildirib:
“Görünür, Tahir Kərimli və Milli Məclisə təyin olunan deputatlar Azərbaycanın bütün problemlərini həll ediblər və indi də ayların adlarının dəyişilməsi məsələsi qalıb. T.Kərimli mövzu tapmır, gündəmə gəlməkdən ötrü çabalayır. Çox təəssüf edirəm ki, o, heç olmasa bir dəfə ölkədə yaranan problemlərlə, şəhid ailələrinin sığorta pullarının verilməməsi ilə bağlı çıxış etməyib və yanında oturan Hadı Rəcəbliyə pensiyaların artmasıyla bağlı sual verməyib. Tahir Kərimliyə sual verirəm ki, siz deputatlar 2 min manatla dolana bilmirsinizsə, müəllimlər, həkimlər 250-300 manatla necə dolansınlar?!
Azərbaycan dünyaya inteqrasiya olunan ölkədir, Avropa Şurasının, BMT-nin üzvüdür, bizim xaricdə yaşayan soydaşlarımız da var və Tahir Kərimlinin arzusunu yerinə yetirib ayların adını dəyişsək, bu onlar üçün anlaşılmaz olacaq. Ona görə də T.Kərimli baş qatmaqla məşğul olmasın, yekə oğlandır, ayıbdır. Azərbaycanı Ali Məhkəmədə işlədiyi dövrə gətirib çıxarmasın. Bizim o qədər milli problemlərimiz var. Dağlıq Qarabağ problemini həll edək və paytaxtı Xankəndinə köçürək. Qeyrətləri varsa, bunu desinlər”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı