Azərbaycan İdeyası

BDU-nun tələbəsi "donuz qripi"ndən ölüb? - RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ

Tarix:8-02-2019, 15:20
Baxış Sayı:242


BDU-nun tələbəsi "donuz qripi"ndən ölüb? - RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ



Səhiyyə Nazirliyi Nərdanə Tağızadənin ölüm səbəbi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilir ki, Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan lobarator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb.
“Bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb.
Qeyd edək ki, leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb”.
Məlumatda bildirilib ki, ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb.

****

Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi Nərdanə Tağızadə dünyasını dəyişib. Məlumata görə, ağır vəziyyətdə olarkən yerləşdirildiyi klinikalardan birinin həkimləri onun H1 N1 (donuz qripi), daha sonra isə leptospiroz virusundan vəfat etdiyini deyiblər. Ancaq ölüm kağızında onun ağ ciyər və ürək çatışmazlığından dünyasını dəyişdiyi yazılıb.
Nərdanə Tağızadənin təhsil aldığı Bakı Dövlət Universitetinin Tarix Fakültəsindən Publika.az-a verilən məlumata görə, qızın ölüm səbəbi onlara məlum deyil:
“Nərdanə bu il ali məktəbə daxil olub. Bu semestr imtahanlarının ikisində iştirak edib, sonrakı imtahanlara gəlməyib. Buna görə də ailəsi ilə əlaqə saxladıq, vəziyyəti öyrəndik. Lakin ölüm səbəbi barədə heç bir məlumatımız yoxdur”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı