Azərbaycan İdeyası

Aprelin 30-na gözlənilən hava şəraiti açıqlanıb.

Tarix:29-04-2019, 13:56
Baxış Sayı:209



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-17, gündüz 20-25, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 50-60 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir. Dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 30-u, mayın 1-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı