Azərbaycan İdeyası

Məktəblərdə dini dərslərin tədrisində məqsəd nədir? - AÇIQLAMA

Tarix:30-04-2019, 11:48
Baxış Sayı:226




Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov gələn ildən təhsil ocaqlarında dini dərslərin keçiriləcəyi barədə xəbərlərə münasibət bildirib.
Korrupsiya-q.az xəbər verir ki, o, din və təhsil məsələsində beynəlxalq təcrübədə əsasən üç anlayışdan istifadə edildiyini xatırladıb:

1. Dini tərbiyə

2. Dini təhsil.

3. Dinlə bagli tədris.

G.İsmayılov bu məqamdan çıxış edərək, dini tərbiyəni yalniz ailənin verə biləcəyini qeyd edib:

“Dini təhsili dini təhsil ocaqları verir, dövlət dini təhsil verə bilməz. Amma dövlət dinlə bağlı tədrisi həyata keçirə bilər. Dinlə bağli tədris isə dinin yox, şəriətin yox, dini biliklərin verilməsini nəzərdə tutur və bu, nə dünyəviliyə, nə də Konstitusiyaya ziddir.
Orta məktəblərdə riyaziyyat, fizika, ədəbiyyat və s. tədris edilir. Məqsəd hamını riyaziyyatçı, fizik, ədəbiyyatçı etməkdirmi? Yox! Riyaziyyatçı, fizik, ədəbiyyatçını ali məktəb yetişdirir. Orta məktəb riyaziyyat, fizika, ədəbiyyatla bağli zəruri bilikləri verir”.
“Dinlə bağlı tədrisin də məqsədi hamını dindar və ya din adamı etmək deyil. Sadəcə, dinlə bağlı minimum biliklər verməkdir. Bu bilikləri dövlət verməsə, başqaları verəcək, amma dövlətin maraqlarına zidd şəkildə. Artıq prosesə baslanılıb.
Orta məktəbdə “Həyat bilgisi” fənni tədris edilir. Onun bir məqsədi də dini bilikləri verməkdir. Burada pis nə var ki?! Yaxud burda başa düşülməyəcək nə var ki?!”, - deyə sədr müavini qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı