Azərbaycan İdeyası

Regional sığınacaq mərkəzlərinin yaradılması barədə hökumətə təkliflər verilib - Ombudsman

Tarix:13-05-2019, 12:45
Baxış Sayı:200

Azərbaycanda zorakılıq qurbanları üçün regional sığınacaq mərkəzlərinin yaradılması barədə hökumətə təkliflər verilib və hazırda bu sahədə iş aparılır.

Korrupsiya-q.az Trend-ə istinadən bildirir ki, bunu Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı" layihəsi çərçivəsində Bakıda keçirilən "Gender bərabərliyi və media" adlı konfransda çıxışı zamanı insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova deyib.

Onun sözlərinə görə, hər rayon və şəhərdə sığınacaq mərkəzlərinin yaradılması mümkün olmasa da, buna ehtiyac var. Bu baxımdan regional sığınacaq mərkəzlərinin yaradılması əhəmiyyətli olar.

E.Süleymanova Azərbaycanda gender bərabərliyinin təmin edildiyini qeyd edib. O əlavə edib ki, ötən dövrlərdə Avropa standartlarının Azərbaycan qanunvericiliyində tətbiqi üçün monitorinqlər keçirilib. Ombudsman Aparatı tərəfindən gender bərabərliyinin təmini, qadın və kişilər üçün bərabər imkanların yaradılması, qadınlara və uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün tədbirlər davam etdirilir.

E.Süleymanova əlavə edib ki, qadınların iqtisadi asılılığının azaldılması üçün qeyri-hökumət təşkilatları və dövlət orqanları arasında qarşılıqlı dialoq aparılmaqla müəyyən işlər görülür.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı