Azərbaycan İdeyası

Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb”

Tarix:27-05-2019, 12:47
Baxış Sayı:158


Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın özünə bahalı xarici avtomobil aldığı barədə informasiya yayılıb.
Bakupost.az-ın məlumatına görə, 2016-cı il istehsalı olan 90-HT-010 dövlət nömrə nişanlı “Mercedes S-400” model avtomobilin Azərbaycanda ortalama bazar qiyməti 90-100 min dollardır.
Qeyd olunur ki, maşının 2019-cu il buraxılışının qiyməti Bakıda 230 min dollara satılır.
Xanım rektorun maşınının isə xüsusi yığılmış avtomobil olduğu və əvvəlki sahibinə 250 min dollara başa gəldiyi bildirilir.
Məlumata görə, lüks avtomobil etibarnamə ilə rektorun köməkçisinin adına rəsmiləşdirilib. N.Əliyeva artıq bir neçə aydır, bu bahalı maşından istifadə edir.
Məlumat sosial şəbəkələrdə xeyli müzakirələrə yol açıb. Bu müzakirələrdə rektoru bahalı maşın almaqda qınayanların sayı daha çoxdur.
Modern.az saytı məsələ ilə bağlı Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva ilə əlaqə saxlamağa çalışıb. Universitetin mətbuat katibi İbrahim Quliyev saytımıza açıqlamasında yayılan xəbərlərin yalan olduğunu deyib:
“Nurlana Əliyevanın özünə yeni maşın alması barədə yayılan informasiya yalandır. Həmin maşın 2012-ci ildə alınıb. 2012-ci ildə alınmış maşının bu gün mətbuata yeni kimi təqdim olunması heç bir tərbiyəyə sığmır”.
İbrahim Quliyev yayılan məlumatlara görə xanım rektorun təəssüf etdiyini də bildirib.
“Nurlana xanım haqqında yayılan informasiyalara təəssüf edib. Hətta maşının istifadə müddətinin bitməsinə belə az vaxt qalıb. İndi köhnə maşını Nurlana xanımın rektor olandan sonra alınması kimi təqdim etmək yanlış haldır. Yalan söhbətləri mətbuata çıxartmaq doğru deyil”.

OXŞAR XƏBƏRLƏR
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib