Azərbaycan İdeyası

Maşınımın qiyməti 1000 dollardır` – Aqil Abbas

Tarix:27-01-2016, 18:20
Baxış Sayı:439

Maşınımın qiyməti 1000 dollardır` – Aqil Abbas




Hazırda “hyundai” markalı maşın sürürəm, 1000 dollar təklif edən olsa, sataram”.
"Korrupsiya və Qanun" saytı xəbər verir ki, bu sözləri Femida.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.
O, bildirib ki, hazırda yalnız komitə sədrlərinin xidməti avtomobilləri mövcuddur. Qalanları isə şəxsi avtomobilindən istifadə edir:
“Hazırda istifadə etdiyim avtomobil 2002-ci il istehsalı olan “hyundai”dır. 1000 dollar təklif edən olsa, həmin maşını sataram. Mən heç vaxt bahalı avtomobildə gəzmək marağında olmamışam. Nəzərinizə çatdırıram ki, millət vəkillərinin xidməti avtomobili olmur. Yalnız komitə sədrlərinə xidməti avtomobil verilir. Millət vəkillərinin şəxsi avtomobili olur. Cənab prezidentin verdiyi tapşırıqlar başqa cür yozulmamalıdır. O, israfçılığın qarşısını almaq istəyir. Buna görə də belə bir təklif irəli sürdü ki, məmurlar qiyməti daha ucuz olan və Azərbaycanın istehsal etdiyi avtomobillərə üstünlük versinlər”.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara “Lifan” avtomobilini sürməyi tövsiyə edib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı