Azərbaycan İdeyası

Məktəbli formasının istehsalı dayandı? - “Görək nə məsləhət görürlər...” - Bakı Tikiş Evi

Tarix:20-06-2019, 15:30
Baxış Sayı:253



Dərs ili başa çatıb.

Yeni dərs ilinə hazırlıqla əlaqədar məktəbli formalarının kütləvi istehsalı ilə məşğul olan Bakı Tikiş Evi (BTE) ASC ilə bağlı Cebhe.info-ya bəzi informasiyalar daxil olub.
Məlumatlara görə, Bakı Tikiş Evi hazırda istehsalın kütləviliyini təmin etmək üçün əlavə işçi götürülməsini məhdudlaşdırıb. Səbəb Nazirlər Kabinetinin yeni vahid məktəbli forması ilə bağlı təklifləridir. Bundan əvvəl Təhsil Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, Azərbaycanda məktəblilərin vahid geyim formalarının hansı təsvirdə olması ilə bağlı təkliflər hazırlanır. Bir neçə formada təkliflər hazırlanacaq və Nazirlər Kabinetinə təqdim olunacaq. Nazirlər Kabineti həmin təkliflər əsasında vahid məktəbli geyim formasını təsvirləri ilə birgə müəyyənləşdirəndən sonra istehsalçılara tikiş icazəsi veriləcək.
Məlumata görə, Bakı Tikiş Evi həmin təklifləri və nümunələri almadığına görə hazırda qüvvədə olan məktəbli formalarının istehsalını məhdudlaşdırıb.
Məsələ ilə bağlı Bakı Tikiş Evinin satış şöbəsinin rəhbəri Etibar Əzimov Cebhe.info-ya deyib ki, istehsal davam edir və əlavə işçilərin cəlbi üçün elanlar verilir:
“İstehsalımız dayanmayıb və lazımi qədər də tikməyə hazırıq. Çünki 10 ildir bu işlə məşğuluq. Deyildi ki, forma ilə bağlı təkliflər Nazirlər Kabinetinə göndərilib. Biz də yeni nümunələri gözləyirik. Onunla bərabər həm də bilirik ki, məhsulumuz çox keyfiyyətlidir və bu formaya ehtiyac yaranacaq. Həm də yeni forma ilə bağlı məsələ tez həll olunmayacaq. Vaxt ona yəqin ki, çatmayacaq. Yeni tədris ilinə çox az bir müddət qalıb. İyul ayının əvvəllərindən başlayaraq artıq insanlar məktəbli formasını almağa başlayırlar. Çünki valideynlər sonra istirahətə gedir və əvvəlcədən geyimi alıb hazır qoyurlar. Əlavə işçi elanımız da verilir. Gələn bütün işçiləri, hətta səriştəsi olmayanları da öyrədib işə cəlb edirik. Biz bilirik ki, bazarda məktəbli forması ilə bağlı ən böyük istehsalçı bizik. Təhsil Nazirliyi də bizim formaları bəyənir. Son 2 ildə Təhsil Nazirliyi bizdən 15 min məktəbli forması alıb. Vəziyyəti ağır olan imkansız ailələrə, ölkədə olan uşaq və internat evlərinə pulsuz paylayıb. Bu il də ənənəvi olaraq daha çox alış olacaq. Əgər vahid məktəbli formasından söhbət gedirsə, böyük istehsalçı bu işlə məşğul olmalıdır ki, tələbatı ödəyə bilsin”.
Etibar Əzimovun sözlərinə görə, indiki forma nümunəsini kənara qoyub, yeni geyim tikmək, başa çatdırmaq real deyil:
“Bu dəqiqə qərar versələr ki, yeni forma olacaq, onu istehsal etmək, dizaynını hazırlamaq, modelini vermək vaxt alacaq. Kütləvi istehsala başlamaq aylar çəkəcək. Görək nə məsləhət görürlər... Bilirik ki, şagirdləri də formasız qoymaq olmaz. Ona görə də istehsal edirik. Bizim formamız Tokioda məktəbli formaları muzeyində saxlanılır və nümayiş olunur. Eyni zamanda Serbiyaya da 4 model forma göndərmişik. Rusiyada yaşayan azərbaycanlılarımız bura gəldikcə məktəbli forması alıb aparırlar”.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq