Azərbaycan İdeyası

Baş redaktordan Səfər Mehdiyevə sərt sözlər: “İnsanların əsəbi ilə oynamayın”

Tarix:20-08-2019, 14:43
Baxış Sayı:329


“Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər də mövzuyla bağlı fikirlərini ictimailəşdirərək Gömrük Komitəsini sərt şəkildə tənqid edib.

“Azərbaycanda islahatın imitasiyası deyil, islahat başlamalıdırsa, ilk yer gömrük olmalıdır. İş adamlarının boğazına zəli kimi yapışmış, onların qanını soran Dövlət Gömrük Komitəsi ləğv edilməsə Azərbaycanda inkişafdan danışmaq əbəsdir. Üç-beş baş redaktorla antrikot-dana basdırması yeməklə islahat olmur, Səfər Mehdiyev. Üç-beş adam yazmadı deyə, sizin qanunsuzluqlarınızın üstünün örtüləcəyini sanırsınız?”
Baş redaktor daha sonra bunları yazıb: “İnsanın şəxsi istifadəsi üçün gətirdiyi və 1000 dolların altında olan mala 36 faiz vergi istəmək hansı qanunda yazıb, Səfər Mehdiyev? İşçiləriniz 36 faizdən aşağı faizin olduğunu bilmirlər? Sırf ay sonu o faizdən hissə alacaqlar deyə, millətin qanını sormalısınız???
Bəsdirin də insanların əsəbləri ilə oynadınız!!!”
Mövzuya ironik yanaşan jurnalist Dövlət Gömrük Komitəsinin Dövlət Soyğun Komitəsi adlandırılmalı olduğunu bildirib: “İş adamlarının əzabı 36 faiz vergi ilə yekunlaşmır. Bəyannamə üçün ayrı məbləğ ödəməlidir. Ayrıca, özlərindən xidmət-malın qalma haqqı-filan uydurub, malın dəyərinin ən az 45 faizini Dövlət Soyğun Komitəsi alırsa, bu başına Səfər Mehdiyev boyda daş düşmüş iş adamı necə malını ucuz satsın? Süni bahalaşma deyirsiniz, adresi başqa yerdə axtarmayın, Dövlət Gömrük Komitəsi hazır yerindəykən…”

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı