Azərbaycan İdeyası

Tullantı suları Xəzərə axıdılmayacaq - FOTO

Tarix:4-09-2019, 16:20
Baxış Sayı:182



"Pirşağı Tullantı Sutəmizləyici Qurğusu" layihəsi çərçivəsində qurğunun ən mürəkkəb hissəsi olan dənizə çıxış xətti quraşdırılıb.
"Azərsu" ASC-dən verilən məlumata görə, Pirşağı qəsəbəsi yaxınlığında inşa edilən və məhsuldarlığı sutkada 40 min kubmetr olan Pirşağı tullantı sutəmizləyici qurğusunun dənizə çıxış xəttinin tikintisi layihənin ən vacib hissələrindən biridir.
Xəzər dənizinin ekoloji sabitliyinin qorunması məqsədilə qurğuda təmizlənmiş suların dənizin nisbətən dərin hissəsinə axıdılmasını təmin etmək üçün 1 600 mm diametrli polad borularla 1700 metr uzunluğunda daşıyıcı xətt inşa edilib.
Boruların quraşdırılma işləri yekunlaşıb və xəttin dəniz vasitəsilə Pirşağı qəsəbəsində inşası davam edən təmizləyici qurğunun yerləşdiyi əraziyə daşınması həyata keçirilib.
Pirşağı tullantı sutəmizləyici qurğusunda işlərin 90%-dən çoxu yerinə yetirilib. Burada ötürmə gücü sutkada 260 min kubmetr olan nasos stansiyası quraşdırılır.
Kompleks Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq. Kürdəxanı, Pirşağı, Maştağa, Bilgəh, Nardaran, Məhəmmədi, Digah, Mehdiabad, Goradil, Fatmayı və Novxanı qəsəbələrində yaranan tullantı suları bu kompleksdə təmizlənərək kənarlaşdırılacaq.


OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı