Azərbaycan İdeyası

Mingəçevirdə uşaqları bu müəllimə görə məktəbə qoydular — Görün sonra nə baş verdi - KABİNETDƏN VİDEO

Tarix:26-09-2019, 10:49
Baxış Sayı:118




Mingəçevir şəhər 9 saylı orta məktəbin buir qrup şagirdiin valideynlər "Ölkə.Az"-ın redaksiyasına müraciət edib. Valideynlər bildirirlər ki, Xəyalə Xudiyeva adlı müəllim builki müəllimlərin işə qəbul imtahanından 50 bal yığaraq, sözügedən məktəbdə müəllim işləmək hüququ qazanıb. Ancaq ilk dərs günündə Xudiyeva məktəbə gəlsə də, sonradan onu bu təhsil müəssisəsində görən olmayıb:
"Əldə etdiyimiz məlumata görə, direktor Nazim Əliyevlə şəhər təhsil şöbəsininin müdiri Sahib Məmmədovun səhlənkarlığı nəticəsində bu vəziyyət yaranıb. Xəyalə Xudiyeva əslən Mingəçevirdəndir, hamımız tanıyırıq. Uşaqlarımızı da məhz ona görə həmin məktəbə yazdırmışıq. Çünki özü də bu məktəbin məzunu olub, ali məktəbə yüksək balla qəbul olduğu üçün Prezident təqaüdü alıb. İndi isə uşaqları məktəbə yığandan sonra müəlliməyə deyiblər ki, sənin adın burda yox, Biləsuvardadır. Halbuki 9 saylı məktəbdə Xəyalə Xudiyevanın altı saaat dərsi var. Yəni, onun adına bu qədər dərs saatı yazılır. Direktorla onun kabinetində söhbətimiz oldu. Deyir ki, məsələ təhsil şöbəsinin səlahiyyətindədir. Şöbədən isə dedilər ki, Təhsil Nazirliyinin işidir. Halbuki hazırda Xəyalə Xudiyevanın adına altı saat dərs yazılır".
Qeyd edək ki, Mingəçevir təhsil şöbəsinin müdiri Sahib Məmmədova bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən töhmət elan edilib.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı