Azərbaycan İdeyası

MTRŞ bu reklamı televiziyalara QADAĞAN etdi

Tarix:15-10-2019, 12:15
Baxış Sayı:126



Milli Televiziya və Radio Şurası (MTRŞ) süni mayalanma üzrə tibbi xidmət reklamının yayımlanmasının qanunla qadağan olunması ilə bağlı ümumrespublika və regional televiziya yayımçılarına məktub göndərib.
Korrupsiya-q.az report-a istinadən xəbər verir ki, MTRŞ-ın Aparat rəhbəri Asəf Hacıyev məlumatı təsdiqləyib.
O bildirib ki, eyni məzmunlu məktub “Azərbaycan Televiziya və Radio verilişləri” QSC-yə, “İctimai Televiziya ve Radio Yayımları Şirkəti”nə, “Xəzər TV” MMC-yə, “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə, “Lider TV və Radio Azərbaycan” MMC-yə, “Space Müstəqil Teleradio Şirkəti”nə, ARB Televiziyasına, “Dünya” Televiziyasına və “Qafqaz” Televiziyasına ünvanlanıb.
Məktubda qeyd olunub ki, son zamanlarda bəzi teleradio yayımçıları tərəfindən süni mayalanma üzrə tibbi xidmətin reklamının yayımlanması hallarına rast gəlinib:
“Nəzərinizə çatdırırıq ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin tələbinə əsasən, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır.
Eyni zamanda bildiririk ki, İnzibati Xətalar Məcəlləsində reklam haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulub. Qeyd olunanlara əsasən, sözügedən məsələni nəzərə almağınız və gələcək fəaliyyətinizdə də daim diqqət mərkəzində saxlamağınız üçün tövsiyə olunur”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı