Azərbaycan İdeyası

SON DƏQİQƏ: Fədayə Laçın AZADLIQDA - VİDEO (YENİLƏNDİ)

Tarix:29-10-2019, 11:39
Baxış Sayı:124


Azadlığa buraxılan müğənni Fədayə Laçın jurnalistlərlə görüntülü əlaqə saxlayıb.

Korrupsiya-q.az xəbər verir ki, müğənni bir neçə gün sonra mətbuat konfransı keçirəcəyini və bütün suallara aydınlıq gətirəcəyini deyib.

***

09:30

Xəbər verdiyimiz kimi, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbs cəzası 2 ilə endirilən müğənni Fədayə Laçın bu gün Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Publika.az xəbər verir ki, müğənninin saat 10-da buraxılacağı deyilsə də, məlum olub ki, Fədayə Laçın deyilən vaxtdan əvvəl buraxılıb.

Bu barədə cəzaçəkmə müəssisəsinin rəisi Elnur İsmayılov məlumat verib.

Müğənninin bacısı İlahə Fəda da bacısının azadlığa buraxıldığını bildirib.

Jurnalistlərə telefonda açıqlama verən müğənni bildirib ki, müəssisədən saat 09:00-da çıxıb. Vaxtından əvvəl çıxdığı üçün onu qarşılamağa heç kim gəlməyib: "Saat doqquzda taksiyə minib getdim. Zəng elədilər ki, çıx. Çıxanda qapıda heç kim yox idi. Bacımgildə gəlib çıxa bilmədi. İndi Buzovnada, anamgildəyəm".

Qeyd edək ki, müğənni 2017-ci ildə "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağamiyə xüsusi təyinatlı qatardan qaçmaqda köməklik göstərməkdə ittiham olunub. O, 2017-ci ilin oktyabrın 30-da həbs edilib. Fədayə Laçın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 2 ilə endirib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı