Azərbaycan İdeyası

MƏHDUD YARARLI GƏNCİ ƏSGƏR APARIB, BİR İL DÖRD AY XİDMƏTDƏN SONRA TƏRXİS EDİBLƏR

Tarix:4-02-2020, 11:26
Baxış Sayı:160

Ordumuzun məhz hərbi xidmətə tam yararlı, döyüş qabiliyyətli gənclərdən formalaşdırılması torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Ancaq mətbuatda tez-tez informasiyalara rast gəlinir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerlərdəki şöbələrində, eləcə də Müdafiə Nazirliyinin hərbi hissələrində hərbi xidmətə yararsız, yaxud, məhdud yararlı gənclər cəlb olunublar. Əksinə, bir çox hallarda isə yararlı olanların hərbi xidmətdən yayınmalarına imkan yaradılıb. Bu müstəvidə möhtəkirliyə, korrupsia hüquqpozmalarına rəvac verən vəzifəli şəxslərin rüşvət üstündə yaxalanaraq məsuliyyətə cəlb olunmaları kimi səs-küylü məsələlər də ortaya çıxıb. Amma bununla belə, eyni qəbildən olan qanunsuzluqlar hələ də davam etməkdədir.
Kürdəmir rayonu, 5 saylı hərbi şəhərcik, ev 13, mənzil 18 ünvanda qeydiyyatda olan Abdullayev Araz Qədir oğlu redaksiyamıza ərizə ilə müraciət edərək bildirmişdir ki, 1997-ci il təvəllüdlü oğlu Abdullayev Elxan Araz oğlu 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə hərbi xidmətə çağırılıb. İlkin həkim komissiyasından keçəndə onun ayağında "yastıpəncəlik" və orqanizmində başqa funksional əyintilər aşkar edib. 14.08.2015-ci il tarixdə göndəriş əsasında Elmi - Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müayinəyə göndərilib və 5924 saylı "sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı" tərtib olunaraq hərbi xidmətə məhdud yararlı olduğu göstərilib. Buna baxmayaraq, Elxanı qanunsuz olaraq, 2016-cı ildə hərbi xidmətə aparmışlar. 2018-ci ilin martın 5-də o, hərbi xidmətə yararsız hesab edilərək vaxtından əvvəl ordu sıralarından tərxis edilmişdir. Hərbi xidməti başa vurmasına 1 ay 25 gün qalmış heç nə olmamış kimi evə buraxılmışdır. Bundan sonra Araz Abdullayev Şirvan İnzibati - İqtisad Məhkəməsinə müraciət edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə qarşı hərbi xidmətə çağırılmanın qanunsuz hesab edilməsi və maddi və mənəvi ziyanın ödənilməsi tələbi irəli sürmüşdür. Vəkil vasitəsilə bütün lazım olan sübutları məhkəməyə təqdim etmişdir. Lakin, hakim Rafiq İsmayılov iddia tələbinin təmin edilməməsi haqda qərar çıxarmışdır.
Qərarın əsaslandırılmasında yazılıb ki, Elxana müşahidədə saxlamaq şərtilə 6 ay müddətinə möhlət verilmiş, sonra hərbi xidmətə məhdud yararlı hesab edildiyi halda (hər iki ayağının yastıpəncəliliyi, onurğanın bel hissəsinin 1-ci dərəcəli skaliozu, döş qəfəsinin anadangəlmə deformasiyası) hərbi xidmətə göndərilmişdir: "Elxan Abdullayev müddətli hərbi xidmətə qəbul zamanı tibbi şəhadətləndirilmədən keçirildikdən sonra hərbi xidmətə yararlı olduğu üçün xidmətə qəbul olunmuş və xidmət keçdiyi müddət ərzində dəfələrlə tibbi müayinədən keçirilmişdir".
Sual olunur: Elxanın digər xəstəlikləri, funksional pozuntuları bir yana dursun, yastıpəncəliliyi hərbi xidmətə gedən kimi düzəlibmişmi ki, o, yararlı hesab olunub? Düzəlmişdisə, bəs necə olub ki, hərbi xidməti başa vurmasına iki ay qalmış yenidən pəncəsi yastılanıb?
Bu sualı SHXÇDX və Müdafiə Nazirliyinə göndərib cavab alandan sonra mövzuya qayıdacağıq.


Vüqar Xəlilov

OXŞAR XƏBƏRLƏR
Talıbovun oğlunun həbsinə hazırlıq gedir? – Yeni skandalın DETALLARI
Talıbovun oğlunun həbsinə hazırlıq gedir? – Yeni skandalın DETALLARI
Sabunçu məhkəməsinin qərarı 10 ildir icra olunmur
Sabunçu məhkəməsinin qərarı 10 ildir icra olunmur
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Məhkəmə-Hüquq Şurasının sədri cənan İnam Kərimova
Məhkəmə-Hüquq Şurasının sədri cənan İnam Kərimova
Hardasan, ay Polad Həşimov? – Qəbələdə hərbçi ailəsini hərbi şəhərcikdəki evindən qovurlar
Hardasan, ay Polad Həşimov? – Qəbələdə hərbçi ailəsini hərbi şəhərcikdəki evindən qovurlar
Azərbaycanda suyun qiyməti bu cür olacaq – 20 kubdan yuxarı….
Azərbaycanda suyun qiyməti bu cür olacaq – 20 kubdan yuxarı….
TƏBİB-in sədr əvəzi kimdir?
TƏBİB-in sədr əvəzi kimdir?
Vüqar Qurbanovdan ilk - Açıqlama
Vüqar Qurbanovdan ilk - Açıqlama