Azərbaycan İdeyası

Hicablı qadını Zara mağazasına buraxmadılar

Tarix:18-11-2015, 13:31
Baxış Sayı:417

Hicablı qadını Zara mağazasına buraxmadılar


Bir çoxu ispan markasının məhsullarını boykot etməyə çağırıb.
Twitter və Facebook istifadəçiləri mühafizəçilərinin hicablı qadının ticarət zalına girməsinə icazə verməyən dəbli Zara markasının Parisdəki mağazasına irad tutublar.
Oxu.Az BuzzFeed-ə istinadən xəbər verir ki, istifadəçilər internet şəbəkəsində baş verən hadisənin videosu yerləşdirildikdən sonra qızğın müzakirəyə başlayıblar.
Yazıda naməlum qadının kadrarxası səsi eşidilir, o, mühafizəçidən qadının niyə hicablı mağazaya girə bilməməsinin səbəbini soruşur. Zaranın əməkdaşı isə qaydaları onun müəyyən etmədiyini və bunun bəlkə daha sonra dəyişəcəyini bildirir.BuzzFeed vurğulayıb ki, çarx 2015-ci ilin noyabr ayının 14-də Fransanın paytaxtında terror aktları silsiləsindən sonra çəkilib.
Hadisənin videosu virusa çevrilib, istifadəçilər Zara brendinin Facebook və Twitter səhifələrində qəzəbli şərhlər yazıblar. Bir çoxu ispan markasının məhsullarını boykot etməyə çağırıb.
İradlara cavab olaraq Zara izah verib və hicablı alıcı xanımdan üzr istəyib.
“Zaranın Fransadakı nümayəndəliyinin rəhbəri baş verən hadisə üçün üzr istəməyə və şirkətimizin prinsiplərinə zidd olan bu davranış ilə razılaşmadığını bildirmək üçün alıcı ilə şəxsən əlaqə yaradıb. Həm mühafizəçi, həm də mağazanın administratoru xidməti töhmət alıblar”, - məlumatda deyilib.
Qeyd edək ki, noyabrın 14-nə keçən gecə Parisdə və şəhər ətrafında silsilə terror aktları törədilib, son məlumata görə, 129 nəfər bu terror aktlarının qurbanı olub, 352 nəfər isə xəsarət alıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı