Azərbaycan İdeyası

Kanadadakı türk icması: “Erməni diasporuna aldanmayın”

Tarix:9-10-2020, 12:09
Baxış Sayı:80


Kanadadakı türk icmasına mənsub qeyri-hökumət təşkilatları Kanada hökumətini Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ böhranında erməni diasporuna aldanmamağa çağırıblar.
“Anadolu” agentliyi məlumat verir ki, Kanada Türk Boyları Assambleyası (Turkic Assembly of Canada) Ermənistanın Dağlıq Qarabağa təcavüzünü kəskin şəkildə qınayıb.
Onlar Ermənistanın 30 ildir davam edən təcavüzkar yanaşmasının sabitliyə və Azərbaycanın ərazi bütövlüyünə ən böyük təhdid olduğunu qeyd edərək, Kanadanın Türkiyəyə hərbi texnika ixracatının dayandırılması ilə əlaqədar narazılıqlarını bildiriblər.
Türk mənşəli əhalinin Kanadanın təcavüzkarı mükafatlandırmaqdansa sülhə qatqısının gözlənildiyi bildirilib.
Bəyannamədə Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyi və bir milyondan çox azərbaycanlının didərgin düşdüyü xatırladılıb və Kanadadan Ermənistanın dərhal bu torpaqlardan çəkilməsinə imkan verəcək həll yolu təklif etməsi istənilib.
Qeyd edilir ki, Ermənistan hücumları ilə Azərbaycanın enerji infrastrukturuna ziyan vurmağı hədəfləyir və bu hücumlar səbəbi ilə Azərbaycan üzərindən Avropaya gedən enerji ötürücü xətlər təhlükə altına düşür.

OXŞAR XƏBƏRLƏR
İtaliyada məktəblərlə bağlı yeni qaydalar hazırlanır: Burka və niqab qadağan ediləcək
İtaliyada məktəblərlə bağlı yeni qaydalar hazırlanır: Burka və niqab qadağan ediləcək
Türk dünyası yeni geosiyasi gücə çevrilir?
Türk dünyası yeni geosiyasi gücə çevrilir?
Sürücülərin nəzərinə: Bakıda 19 istiqamətdə sıxlıq var - Siyahı
Sürücülərin nəzərinə: Bakıda 19 istiqamətdə sıxlıq var - Siyahı
İtaliya A Seriyası: "Milan" rahat qələbə qazandı - Video
İtaliya A Seriyası: "Milan" rahat qələbə qazandı - Video
Zelenski Trampla görüşünü anons etdi
Zelenski Trampla görüşünü anons etdi
Cəmi bir saniyə fərqlə dünya rekordunu yenilədi
Cəmi bir saniyə fərqlə dünya rekordunu yenilədi
Dövlətçilik tariximizin şanlı salnaməsi
Dövlətçilik tariximizin şanlı salnaməsi
Hava dəyişir: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Hava dəyişir: Bakıya yağış, rayonlara leysan və dolu gəlir