Azərbaycan İdeyası

Gürcüstanda hökumət istefaya gedir

Tarix:11-12-2020, 12:22
Baxış Sayı:103



Yeni seçilmiş Gürcüstanın X çağırış parlamenti fəaliyyətə başlayıb.

Korrupsiya-q.az Report"a istinadən xəbər verir ki, ilk iclası Gürcüstan prezidenti Salome Zurabişvili açıb. Onun çıxışından sonra söz qanunverici orqanın ən yaşlı üzvü Lado Kaxadzeyə təqdim olunacaq və o, spiker seçilənə qədər ilk iclasa sədrlik edəcək.
İclasda parlament sədri, onun müavinləri və komitə sədrləri seçiləcək. Qanunverici orqan səlahiyyətlər əldə edəndən sonra hökumət istefaya gedəcək və yeni baş nazirin təyinatına qədər vəzifələrini icra edəcək.
Toplantı etiraz aksiyası fonunda keçirilir. İctimai fəallar və müxalifət tərəfdarları qanunverici orqanın giriş qapılarında "utanc dəhlizi" yaradıblar.
Qeyd edək ki, qanunverici orqana parlament seçkilərindən sonra 9 partiya keçib. Lakin müxalifətin boykotu səbəbindən 150 nəfərdən ibarət parlament hakim Gürcü Arzusu Partiyasının 90 deputatı ilə fəaliyyətə başlayıb. Gürcüstan tarixində ilk dəfə olaraq müxalif deputatların kürsüləri boş qalıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı