Azərbaycan İdeyası

Minasyan Paşinyanın planını İFŞA ETDİ: “Hər şeydə Rusiya günahkardır”

Tarix:15-01-2021, 13:40
Baxış Sayı:68


Korrupsiya-q.az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Paşinyan Moskva görüşündən 1 həftə əvvəl qələmə aldığı məqalədə, əslində, Ermənistanın strateji müttəfiqini ölkənin milli maraqlarına məhəl qoymamaqda günahlandırır: “Rusiyanın Qarabağla bağlı təkliflərinin ermənilər üçün vacib olan status məsələsini ehtiva etmədiyini iddia edir. Bütün bunların yalan olduğuna, bu cür böhtanın beynəlxalq münasibətlərdə ciddi şəkildə cəzalandırıldığına və yalanlarından bir daha təkcə ölkəmizin deyil, həyati maraqlarımızın da zərər görəcəyinə əhəmiyyət vermir. Danışıqların uğursuzluğunda günahkar olan Rusiya “feysbuk analitikləri” və Soros fəalları üçün çox əlverişli hədəfdir”.
Minasyan bildirib ki, rəsmi şəkildə təkzib olunan Nikolun yalanı bir daha Ermənistanın beynəlxalq imicinə zərbə vurub. O, qarşısına iki hədəf qoyur: əvvəlcə Rusiyanı əsas günahkar halına gətirərək “anti-Nikolizm”i rusofobiya ilə əvəz etməyə çalışır. İkincisi, ermənilər və Ermənistan üçün son fəlakəti ehtiva edən geosiyasi manevrlərə zəmin hazırlayır.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan sözügedən məqaləsində Rusiyanın 2015-ci ildə Qarabağla bağlı “5 + 2” düsturuna əsasən 7 bölgənin Azərbaycana qaytarılması, qaçqınların geri qayıtması və rus sülhməramlılarının yerləşdirilməsini nəzərdə tutan təkliflər paketinin olduğunu, burada Dağlıq Qarabağın statusuna dair maddənin yer almadığını yazmışdı. (publika.az)

OXŞAR XƏBƏRLƏR
Cəmi bir saniyə fərqlə dünya rekordunu yenilədi
Cəmi bir saniyə fərqlə dünya rekordunu yenilədi
Dövlətçilik tariximizin şanlı salnaməsi
Dövlətçilik tariximizin şanlı salnaməsi
Hava dəyişir: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Hava dəyişir: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"
Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"
Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir