Azərbaycan İdeyası

Məşhur bankir öldü

Tarix:21-01-2016, 15:53
Baxış Sayı:609

Məşhur bankir öldü




Türkiyənin məşhur iş adamı, "Koç Holding" İdarə Heyətinin sədri Mustafa Koç 56 yaşında ürək tutmasından vəfat edib.
"Korrupsiya və Qanun" saytı türk mətbuatına istinadən xəbər verir ki, `Ulusoy Holdinq`in İdarə Heyətinin sədri Yılmaz Ulusoy Amerika Xəstəxanasının çıxışında açıqlama verərək bildirib ki, `Koç Holdinq`in idarə heyətinin sədri Mustafa Koç infarktdan dünyasını dəyişib.
Qeyd edək ki, bu gün səhər İstanbulda idmanla məşğul olarkən M. Koçun vəziyyəti pisləşib. O, təcili şəkildə ilk olaraq yaxınlıqdakı Beykoz Dövlət Xəstəxanasına aparılıb. Bir az sonra iş adamı helikopterlə özəl Amerikan Xəstəxanasına köçülürüb. Lakin həkimlərin səylərinə baxmayaraq, M. Koç yerli vaxtla saat 11.30-da ölüb.
M. Koç 1960-cı ildə Ankarada doğulub. Məşhur Koç ailəsinin 3-cü nəslinin nümayəndəsi və Rahmi Koçun böyük oğludur. İsveçrə və ABŞ-da təhsil alıb və Koç qrupunda 1984-cü ildən çalışmağa başlayıb. 2003-cü ildən bəri "Koç Holding"in rəhbəri idi.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı