Azərbaycan İdeyası

Türkiyə ərəblərlə Rusiyaya qarşı birləşir

Tarix:5-02-2016, 11:23
Baxış Sayı:443

Türkiyə ərəblərlə Rusiyaya qarşı birləşir



Səudiyyə Ərəbistanı Suriyaya quru əməliyyatı üçün bir neçə min xüsusi təyinatlı hərbçi göndərə bilər. Hərbçilərin Suriyada Türkiyə ilə koordinasiya halında yerləşdiriləcəyi bildirilir.
"Korrupsiya və Qanun" saytı bu barədə “Guardian” Krallıqda olan mənbələrə istinadən xəbər verir.
Briqada generalı Əhməd Əsirinin sözlərinə görə, Səudiyyə Ərəbistanı İŞİD-ə qarşı mübarizə aparan koalisiya qüvvələrinin Suriyada keçirəcəyi istənilən yerüstü əməliyyatda iştirak etməyə hazırdır.
Bu barədə müvafiq qərar NATO-nun gələn həftə Brüsseldə keçiriləcək sammitində verilə bilər.
Ekspertlərin iddiasına görə, Səudiyyə Ərəbistanı ilə Türkiyənin Suriyada birləşməsi Rusiyaya qarşı addım kimi qiymətləndirilə bilər. Ehtimal edilir ki, Davudoğlunun Səudiyyə Ərəbistanına səfəri zamanı bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, 2014-cü ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
Elə həmin il iyunun ayının sonunda “İslam Dövləti” İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində “İslam Xilafəti” yaratdığını elan edib.
İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı