Azərbaycan İdeyası

Ağ evə silahlı hücum

Tarix:23-05-2016, 20:51
Baxış Sayı:1 116

ABŞ prezidenti Barak Obama və ailəsinin qaldığı Ağ Evin təhlükəsizlik nöqtəsinə silahla gələn bir adamın Gizli Xidmət tərəfindən vurularaq zərərsiz hala gətirildiyi bildirildi.

Silah səslərinin ardından həyəcana keçən təhlükəsizlik gücləri Ağ Evə bütün giriş və çıxışları dayandırıldı, prezident Obamanın hadisə əsnasında iqamətgahında olmadığı bildirildi.

ABŞ Park Polisi, bu gün günortadan sonra Ağ Evin qərb girişinə yaxın mövqedəki 17 ilə E küçələrinin kəsişdiyi nöqtədəki nəzarət yerinə silahla gələn bir adamın Ağ Evi qorumaqla öhdəçilikli Gizli Xidmət tərəfindən vurulduğu məlumatını paylaşdı.

Əlindəki silahı təslim etməyi rədd etməsinin ardından Gizli Xidmət tərəfindən vurulan adamın xəstəxanaya aparıldığı, adı açıqlanmayan şəxsin vəziyyətinin ciddi olduğu qeyd edildi.

Hadisənin ardından təhlükəsizlik gücləri, Ağ Evə daxil və çıxışları dayandırdı. Snayperlər Ağ Evin damına yerləşdirildi və alınan geniş təhlükəsizlik tədbirləri diqqəti çəkdi.
Hadisə əsnasında Başçı Obamanın isə Andrew Air Force hərbi bazasında golf oynadığı bildirilir.

Hadisənin ardından bir səlahiyyətli, "Ağ Sarayda heç kimin xəsarət almadığını hərşeyin qaydasında olduğunu bildirdi.
Ağ evə silahlı hücum

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı