Azərbaycan İdeyası

Bir əfqan Amerikanı qana boyadı - Tramp və İŞİD qazandı.

Tarix:13-06-2016, 18:30
Baxış Sayı:514

 Bir əfqan Amerikanı qana boyadı - Tramp və İŞİD qazandı.
29 yaşlı əfqan mühafizəçinin İŞİD adına barda törətdiyi terror nəticəsində 50 ölü və 53 yaralı var, daha böyük zərbə isə müsəlmanlara dəydi...
Amerika tarixində ən çox insanın ölümünə səbəb olan silahlı hücumu 2016-cı ildə bir əfqan törətdi. İyunun 12-də gecə saat 2 radələrində Mayami ştatının Orlando şəhərində bir özəl mühafizə şirkətində çalışan 29 yaşlı Ömər Mətin şəhərdə yerləşən və əsasən qeyri-ənənəvi cinsi oriyentasiyalıların toplaşdığı “Puls” adlı bara girərək mühafizəçi də daxil olmaqla, hər kəsi atəşə tutub.

Avtomat silah və tapança ilə silahlanmış Ömər 300 nəfərin olduğu barda əvvəl mühafizəçini vurub və daha sonra girdiyi barda hər kəsi atəşə tutub. Nəticədə son məlumata görə, 50 nəfər ölüb, 53 nəfər isə yaralıdır. Onu yalnız 3 saatdan sonra, saat 5 radələrində bara girən xüsusi təyinatlı polis qrupu öldürüb, 30 nəfər girov isə xilas edilib. Artıq şəhərdə fövqəladə vəziyyət elan olunub.

İŞİD-in “əl işi”

ABŞ prezidenti Barak Obama hadisəni terror hücumu adlandırıb və ölkədə matəm elan olunub. Hadisədən dərhal sonra İŞİD-ə məxsus “Amaq” saytı terror hücumunun təşkilatın üzvü tərəfindən törədildiyini bəyan edib. BBC xəbər verir ki, keçən ay İŞİD-in rəsmi sözçüsü Əbu Məhəmməd əl-Adnani “dünyadakı bütün müsəlmanları Qərbə hücum etməyə” çağırıb.
Qeyd edək ki, bara hücum edən Ömər Mətin 1987-ci ildə ABŞ-da dünyaya gəlib. Valideynləri 1980-ci illərdə ABŞ-a köçüb. 2007-ci ildən G4S mühafizə şirkətində çalışan Ö.Mətin dindar olmayıb. Ancaq atası onun “maviləri görəndə əsəbiləşdiyini”, bir neçə ay birgə yaşadıqdan sonra ayrıldığı həyat yoldaşı isə qəddar olduğunu bildirib.
 Bir əfqan Amerikanı qana boyadı - Tramp və İŞİD qazandı.
O da məlum olub ki, Federal Təhqiqat Bürosu 2013-cü ildən bu yana Ömər Mətini 3 dəfə dindirib. Ancaq “ciddi təhdid yaratmadığı üçün” daha sonra nəzarətə alınmayıb. Mətinin silahı son bir həftədə əldə etməsi də gələn xəbərlərdə yer alır.

Terror siyasəti də “vurdu”

Qeyd edək ki, bu terror hadisəsi ABŞ-da prezident seçkiləri ərəfəsi baş verib. Radikal çağırışları ilə seçilən respublikaçı namizədliyə əsas iddialı Donald Tramp ölkənin təhlükəsizliyi sahəsində boşluğun olduğunu bildirib və prezident Barak Obamanı istefa verməyə çağırıb. Eyni zamanda bir sıra müşahidəçilərə görə, bu hadisə Trampın timsalında Amerikada sərt siyasət tərəfdarlarının reytinqini artıracaq.

Bu terrorun kimin tərəfindən sifariş verildiyi mövzusu yəqin ki, uzun müddət müzakirə olunacaq. Əlbəttə, İŞİD-in bu terroru sifariş verdiyi açıq və mümkün ehtimaldır. Amma bütün terror aktlarında olduğu kimi bu hadisədə də əsas diqqət nəticələrə yönəlib. Bu hadisə seçkilər öncəsi, eyni zamanda müsəlmanların müqəddəs Ramazan ayında törədildi. Terrorun seçildiyi məkan da çox ilgincdir. Bu terror hadisəsi təbii ki, Amerika ictimai rəyində müsəlmanlara qarşı nifrəti artıracaq, eyni zamanda qeyri-təbii cinsi oriyentasiyalılara rəğbətə səbəb olacaq, ya da ən azı onların daim müsəlmanların nifrəti ilə üz-üzə olduqları qənaətini gücləndirəcək.

Qəribə də olsa bu hadisə əfsanəvi boksçu, müsəlman aktivist Məhəmməd Əlinin izdihamlı dəfnindən 3 gün sonra baş verdi. Məhz Məhəmməd Əlinin ölümü Amerikada 11 sentyabrdan sonra müsəlmanlara qarşı yaranmış münasibəti müsbətə doğru dəyişə bildi. Ancaq bu, cəmi 3 gün davam etdi. Artıq anti-İslam çağırışları yenidən yüksəlib. Prezidentliyə iddiaçı Donald Tramp açıqlama verərək “islamçı terror mövzusunda haqlı çıxdığım üçün məni təbrik edənlərə təşəkkür edirəm”,- deyib. Heç şübhəsiz ki, hadisədən Tramp kimi sərtlik tərəfdarları istifadə etməyə çalışacaqlar. Necə ki Fransa terror hadisələri sağ mühafizəkar partiyanın səslərini yüksəltdi.

Bu terror Amerikadan daha çox müsəlmanlara qarşı yönəlib
 Bir əfqan Amerikanı qana boyadı - Tramp və İŞİD qazandı.
Biz isə növbəti dəfə terrorun İslam dini ilə əlaqəsinin olmadığı fikrini müdafiə edib, bu cür hərəkətləri qınayacağıq. Əslində isə mexanizm çox sadədir. Amerikada dindar olmayan bir əfqan terror edir, müsəlmanların qəbul etmədiyi “maviləri” qətlə yetirir. Dərhal elan olunur ki, hadisəni İŞİD əmr edib; bunu İŞİD da bəyan edir. Beləliklə, Amerika ictimai rəyinə müsəlmanların azlıqlara qarşı qəddar münasibət bəslədiyi, bunun üçün terrora əl atdığı, hətta Amerikada doğulmuş olsa belə, müsəlmanın terror etmək ehtimalının yüksək olduğu fikri yeridilir.

Və təbii olaraq Avropada, Amerikada antislam çağırışlarının artması əsasən oradakı və ümumilikdəki bütün dünyadakı müsəlmanlar arasında Qərbin “əzəli düşmən” olması, hər fürsətdə müsəlmanlara qarşı olduğu və nifrətini büruzə verdiyi fikrinin yayılmasına səbəb olacaq. Küskün müsəlmanlar isə ilk fürsətdə terror, “Qərbə qarşı cihad” edən qrupların təsirinə düşəcək. Eyni zamanda Amerika daha uzun müddət Yaxın Şərqdə, Əfqanıstanda terrora qarşı mübarizə aparmalı olacaq.

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."