Azərbaycan İdeyası

Türkiyədə 28 iş adamı saxlanıldı

Tarix:25-06-2016, 19:35
Baxış Sayı:1 405

Türkiyədə 28 iş adamı saxlanıldı
Türkiyə polisi İstanbul, Kayseri, Konya və Muğla vilayətlərində genişmiqyaslı əməliyyat keçirib.

Qaynarinfo.az Report-a istinadən xəbər verir ki, İstanbul Şəhər Polis İdarəsinin Maliyyə cinayətləri ilə mübarizə şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat çərçivəsində 25 ev, 2 ofis və 1 şirkətdə axtarış aparılıb, 28 nəfər saxlanılıb. Onlardan 6-sı qadındır, 23 nəfər isə axtarışa verilib.

Bundan əlavə, Türkiyə İş Adamları və Sənayeçilər Konfederasiyasının (TUSKON) başqanı Rıza Nur Meral, MARİFED başqanı İbrahim Halil Avcı, FİADER başqanı Çetin Ekincioğlunun da aralarında olduğu 51 nəfər barəsində “himmət” adı altında maliyyə dəstəyi təmin etdikləri üçün həbs qərarı çıxarıldığı məlum olub.

Türkiyənin Maliyyə Cinayətlərini Araşdırma Qurumu (MASAK) tərəfindən şübhəlilərin iş adamlarından “himmət” adı altında yardım topladıqları və pulların “Bank Asiya”da açılan bir hesaba yatırıldığı müəyyənləşib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı