Azərbaycan İdeyası

"Boris Nemtsovun qətlinin sifarişçiləri olmayıb" - MƏNBƏ

Tarix:10-03-2015, 11:39
Baxış Sayı:514

Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətlinin sifarişçiləri olmayıb.

APA-nın məlumatına görə, bu barədə “Rosbalt” agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

İlkin versiyaya əsasən, cinayəti “Şimal” xüsusi batalyonunun keçmiş döyüşçüləri Zaur Dadayev və Beslan Şavanov birgə planlaşdıraraq həyata keçiriblər.

“İşdə olan dəlil-sübutlar, şahidlərin və əsas müttəhimin ifadəsinə əsasən belə nəticəyə gəlmək olar ki, qətl Dadayev və Şavanovun şəxsi təşəbbüsü ilə törədilib”, mənbə bildirib.

Xatırladaq ki, Zaur Dadayev martın 6-da İnquşetiya ərazisində yaxalanıb. Moskvanın Basman Rayon Məhkəməsinin qərarı ilə Z. Dadayev barəsində həbs qətimkan tədbiri seçilib. Beslan Şavanov isə Çeçenistanda saxlanılarkən həlak olub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı