
"Vaşinqton İranla intensiv danışıqlar aparır".
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Axios" portalına müsahibəsində bildirib.
"İranla çox intensiv danışıqlar aparırıq. Əgər onlar nəticə verməsə, çox qətiyyətli hərbi əməliyyatlara qayıdacağıq", - Tramp deyib.
ABŞ lideri əlavə edib ki, diplomatik prosesə uzun müddət vaxt ayırmaq niyyətində deyil.
"Ya hər şey tez baş verəcək, ya da ümumiyyətlə baş verməyəcək", - deyə Tramp vurğulayıb.