Azərbaycan İdeyası

ABŞ-ın tarixi biabırçılığı: demə, İran təyyarəsini vurmayıb, yanlışlıqla... - Hər şey ÜZƏ ÇIXDI

Tarix:19-07-2019, 13:58
Baxış Sayı:204


İran Hörmüz boğazında pilotsuz uçuş aparatını itirməyib.

Korrupsiya-q.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın açıqlamasını şərh edən İranın xarici işlər nazirinin müavini Abbas Arakçi bildirib.
O, ABŞ-ın yanlışlıqla özünün pilotsuz uçuş aparatını vurduğunu deyib.
“Hörmüz boğazında və ya başqa bir yerdə pilotsuz uçuş aparatı itirmədik. “USS Boxer” gəmisinin yanlışlıqla özünün pilotsuz uçuş aparatını vurması ehtimalından nrahatıq”, - o qeyd edib.
Daha əvvəl isə İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif İrana aid pilotsuz uçuş aparatının vurulduğuna dair məlumatın olmadığını açıqlamışdı.
Xatırladaq ki, Donald Tramp ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin gəmisi Hörmüz boğazında İranın pilotsuz təyyarəsini vurduğunu bildirib. ABŞ prezidenti qeyd edib ki, pilotsuz təyyarə Hörmüz boğazında Amerika gəmisinin təxminən 900 metrliyində idi. Onun sözlərinə görə, təyyarə ABŞ gəmisi üçün təhlükə təşkil edirdi.
Tramp həmçinin başqa ölkələri öz gəmilərini müdafiə etməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı