Azərbaycan İdeyası

Biznesmen əri tərəfindən döyülən aktrisa xəstəxanalıq oldu

Tarix:8-09-2016, 15:59
Baxış Sayı:318

Biznesmen əri tərəfindən döyülən aktrisa xəstəxanalıq oldu
Avstraliyalı aktrisa Melissa Corc əri tərəfindən şiddətə məruz qalıb. “Qafqazinfo”nun “Tatler.ru”ya istinadən verdiyi məlumata görə, Parisdə 4 ildir vətəndaş nigahında olduğu biznesmen, “AlloCine” saytının yaradıcısı Jan- David Blan tərəfindən döyülən 40 yaşlı aktrisa xəstəxanaya yerləşdirilib.

Bu barədə Fransa mətbuatı yazıb. Məlumata görə, sentyabrın 6-na keçən gecə aktrisa polisə zəng edərək əri tərəfindən döyüldüyünü şikayət edib. O, xəstəxanaya şok vəziyyətində və güclü ağrılar, ürək bulanması və baş gicəllənməsi şikayətləri ilə çatdırılıb. Həkimlər Melissanın bədənində göyərtilər aşkarlayıb.

Qeyd edək ki, Melissa Corcla Jan-David Blan 2011-ci ildə “BAFTA” mükafatının təqdimatı zamanı tanış olub. Həmin ildə aktrisa keçmiş həyat yoldaşı, çilili rejissor Klaudio Dabeddən boşanıb. O, 2012-ci ildə Jan-Davidlə sevgili olub. Cütlüyün Rafael və Solal Semyuel Qlenn adlı iki oğulları var.
Biznesmen əri tərəfindən döyülən aktrisa xəstəxanalıq oldu

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı