Azərbaycan İdeyası

Rusiya Fransadan üzr istədi - təyyarə qalmaqalı

Tarix:20-10-2015, 10:59
Baxış Sayı:438

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) diplomatik kanallar vasitəsi ilə Fransa tərəfindən üzr istəyib. Buna Rusiya tərəfinin Dövlət Dumasının spikeri Sergey Narışkinin rəhbərlik etdiyi nümayəndə heyətini aparan təyyarə ilə bağlı insidentə görə Fransadan izahat tələb etməsi səbəb olub.
Korrupsiya və Qanun qəzetinə istinadən Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
"Biz cənab Narışkinin rəhbərliyi ilə forumda iştirak etmək üçün İsveçrəyə uçan parlamentin nümayəndə heyətinin aparan təyyarənin ekipaj üzvlərindən məlumat aldıq ki, Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə təhlükəli yaxınlaşma olub. Biz səfirliklə əlaqə saxladıq, Fransanın Rusiyadakı səfiri XİN-ə çağırıldı", - deyə Zaxarova "Rossiya-1" telekanalının efirində bildirib.
Onun sözlərinə görə, Fransa tərəfi informasiyanı yoxladıqdan sonra məlumat verib ki, Rusiya təyyarəsinə yaxınlaşan Fransanın yox, İsveçrənin qırıcısı olub.
"Bu açıqlamadan sonra diplomatik kanallar vasitəsi ilə Fransa tərəfinə üzrxahlıq edilib və Rusiya XİN-i məsələni artıq İsveçrə tərəfi ilə araşdırmağa başlayıb...Hazırda İsveçrədən rəsmi cavab gözləyirik", - deyə Zaxarova qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı