Azərbaycan İdeyası

XANIM FATİMEYİ ZƏHRA (S.Ə) MƏSCİDİ ƏTRAFINDA BAŞ VERƏNLƏR ƏHALİ TƏRƏFİNDƏN ETİRAZLA QARŞILANIR - VİDEO XÜSUSİ

Tarix:14-02-2017, 12:38
Baxış Sayı:661

İnsanlar məscidin ərazisinin kiçildilməsinə etiraz edirlər.
XANIM FATİMEYİ ZƏHRA (S.Ə) MƏSCİDİ ƏTRAFINDA BAŞ VERƏNLƏR ƏHALİ TƏRƏFİNDƏN ETİRAZLA QARŞILANIR - VİDEO XÜSUSİ

Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən və 50 mindən artıq insanın ibadətgah yeri olan xanim “Fatimeyi-Zəhra” məscidi ətrafında gedən mübahisə yenidən alovlanıb. Buna səbəb ibadətgaha aid olan 1.3 ha (hektar) ərazinin yarıdan çox hissəsinin məscidin balansından alınması istiqamətində müvafiq addımların atılmasıdır.
Hazırda 130 sot ərazisi olan məscidin həyətyanı sahəsini 25 sota endirmək və ibadətgahı tam olaraq təmir edib əhalinin istifadəsinə vermək üçün müvafiq qurumlar tərəfindən işlər görülür. Əlbbətdə ki, uzun müddətdir tikintisi yarımçıq qalan məscidin təmir olunaraq istifadəyə verilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir. Lakin ibadətgaha aid olan ərazinin yarıdan çox hissəsinin məscidin balansından alınması, həm Yeni Günəşli sakinlərini, həm də bütövlükdə Azərbaycan xalqını ciddi narahat edir.
Hələ bir neçə gün öncə sözügedən məsələyə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Əliheydər Zülfüqarov məscidin ərazisinin yalnız 25 sotunun saxlanılacağını etiraf etmişdi. O, Bakı Şəhəri İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə fəaliyyəti nəticəsində 25 sot ərazisi ilə birgə məscidin yerli bələdiyyə tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin tam istifadəsinə veriləcəyinini açıqlamışdı. Əliheydər Zülfüqarov məscidin QMİ-nin balansına verildikdən sonra təmir ediləcəyini, dini icma yaradılacağını və din xadimi təyin ediləcəyini diqqətə çatdırmışdı. Lakin hər bir halda heç bir hüquqi əsas olmadan və səbəb göstərilmədən ibadətgahın ərazisinin kiçildilməsi etirazla qarşılanır.
Məscid ətrafında yaranan mübahisə təkcə əhalinin deyil, həm də ölkənin ziyalı təbəqəsinin narahatçılığına səbəb olur. Belə ki, məsələyə münasibət bildirən tanınmış vəkil Cavad Cavadov məscidin torpaq sahəsinin, onun ayrılmaz hissəsi və mülkiyyəti olduğunu deyib. Bakı Apellyasiya Məhkəməsinin 29.12.2010-cu il tarixli qətnaməsi ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi mərkəzi massivində yerləşən 1,3 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş məscid kompleksi Qafqaz Müsalmanlan İdarəsinin balansına verildiyini deyən Cavad Cavadov , bu qərarın həm də ölkə rəhbərliyinin mövqeyini əks etdirdiyini dilə gətirib. Belə qanunsuz hərəkətlərin yolverilməz olduğunu bildirib.
Xanim “Fatimeyi-Zəhra” məscidinin İmam cüməsi, ilahiyyatçı alim Ramil Bədəlov da problemli məsələyə münasibət bildirib. İlahiyyatçı qeyd edib ki, məscidin ərazisi haqqında qanuni sənəd var. İbadətgahın təqribən 130 sot ərazisi var. 2010-cu ildə məhkəmənin qərarı ilə 1.3 hektar ərazininməscidin istifadəsinə verilməsi məhkəmə qərarı ilə təsdiqini tapıb.
Ümid edirik ki, məscid ətrafında yaranan mübahisə öz müsbət həllini tapacaq və ibadətgahın ərazisi toxunulmaz qalacaq.

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib