Azərbaycan İdeyası

Namaz qılmağı öyrədən “sehrli” xalçalar satışda - FOTOLAR

Tarix:31-03-2017, 16:55
Baxış Sayı:658

  Namaz qılmağı öyrədən “sehrli” xalçalar satışda - FOTOLAR
Namaz qılmağı öyrədən elektron xalçalar satışa çıxarılıb.
Korrupsiya və Qanun saytı Rusiya mediasına istinadla verdiyi xəbərə görə, Tayvanda istehsal olunan “ağıllı” canəmazlar artıq Qırğızıstanda da satışa çıxarılıb.
Bu xalçaların köməyi ilə ibadətə yeni başlayanlar namazın əsaslarını asanlıqla mənimsəyə biləcəklər. Canəmaz xüsusi hissiyyatlı ötürücülərlə (sensorlarla) təchiz edilmişdir ki, bunların köməyi ilə rəkət saylarında çaşmamaq və bütün hərəkətləri düzgün icra etmək mümkün olacaq. Eləcə də onun üzərinə ibadətdə oxunan Quran surələri və duaları səsləndirən audiopleyer də bərkidilmişdir.
Canəmazı həm qadın, həm də kişilərin istifadəsi üçün uyğun proqrama kökləmək də mümkündür.
“Sehrli” namaz xalçasının qiyməti 1700 qırğız somu, yəni hazırkı kursla təxminən 43 AZN, yaxud 25 dollardır.

  Namaz qılmağı öyrədən “sehrli” xalçalar satışda - FOTOLAR

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı