Azərbaycan İdeyası

“Lotu Quli”nin yaxın adamı Türkiyədə öldürüldü – İlkin VERSİYA

Tarix:9-04-2018, 13:42
Baxış Sayı:8 399


 “Lotu Quli”nin yaxın adamı Türkiyədə öldürüldü – İlkin VERSİYA
Dünən Türkiyədə 59 yaşlı “qanuni oğru”, kriminal aləmdə “Giya Kutaiski” ləqəbi ilə tanınan Qayoz Zviadadze öldürülüb. Hadisə Antalya vilayətinin Kəmər rayonunda baş verib.
Onun yanında olan 27 yaşlı övladının isə ayağından yaralandığı bildirilir.
İlkin versiyaya görə, Zviadadzenin qətlinin səbəbi “Nodar Rustavski” kimi məşhur olan kriminal avtoritet Nodar Asoyan ilə münaqişə olub. Onlar Rusiyanın Rostov vilayətində təsir sahələrinin bölüşdürülməsi uğrunda mübarizə aparırdılar.
“Giya Kutaiski” oğru ənənələrinin ciddi tərəfdarı və öz nəslinin ən parlaq nümayəndələrinin biri kimi “köhnə məktəb”in şagirdi hesab edilirdi. Son zamanlar oğru qruplaşmaları arasında gedən qarşıdurmaların qurbanı olan avtoritetlərdən fərqli olaraq, Zviadadzenin reputasiyasına zərər dəyməmişdir.
Həmçinin onun azərbaycanlı kriminal avtoritet “Lotu Quli”nin (Nadir Səlifov) yaxın adamı olduğu deyilir. Məlumata görə, yanvarın sonunda “Quli”nin İstanbuldakı iqamətgahında təşkil edilən “sxodka”sını da məhz “Giya Kutaiski” idarə edib..(Publika.az)

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda polkovnik qəfil öldü
Azərbaycanda polkovnik qəfil öldü
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Bakıda futbol meydançasında meyit tapıldı
Bakıda futbol meydançasında meyit tapıldı
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Misirdə güclü zəlzələ baş verib
Misirdə güclü zəlzələ baş verib