Azərbaycan İdeyası

Mobil telefon evi külə döndərdi —

Tarix:6-11-2015, 11:39
Baxış Sayı:434

Eşidənlərin təəccübünə səbəb olan hadisə Türkiyənin Manisa şəhərində baş verib.
Məhmət adlı şəxs işdən evə gəldikdən sonra telefonunu hər zaman olduğu kimi elektrik enerjisinə taxıb. Lakin 5 dəqiqə sonra qəfildən partlayan mobil telefon batereyası yanğına səbəb olub. Nə baş verdiyini anlamayan ev sakinləri dərhal qaçaraq mənzili tərk ediblər. Ev isə yanğınsöndürənlər çatana qədər əşyaları ilə birlikdə yanaraq külə dönüb. Malını mülkünü bir göz qırpımında itirən ailə indi cana gələn mala gəlsin deyərək özlərini ovundurmağa çalışırlar.
Baş verən hadisə mobil telefonların təhlükəsizliyi ilə bağlı məsələni yenidən gündəmə gətirib. Mütəxəsisslər belə partlayışlara yalnız ucuz və keyfiyyətsiz batereyaların səbəb olduğunu deyirlər. Buna görə də, alıcılara telefon və telefon aksessuarları alarkən son dərəcə diqqətli olmaq tövsiyə edilir. (atv.az)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı